“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər yoxdur? - AÇIQLAMA

Tarix 30.04.24, 19:06

Font ölçüsü : - / +
bitmap-img6


Elm və texnikanın surətlə inkişaf etdiyi bir dövrdə, demək olar, hər gün hansısa bir kəşf, yaxud ixtira haqqında informasiya alırıq. Bu kəşf və ixtiralar insan həyatının asanlaşmasına xidmət edir. Bir sıra ekspertlərin fikirlərinə görə bəşəriyyət üçün yenilik etməyən, insan həyatını asanlaşdıran kəşf və ya ixtirası olmayan şəxslər alim hesab olunmamalıdırlar.

Maraqlıdır, Azərbaycanda nə qədər alim var və neçəsinin kəşf və ya ixtirası mövcuddur? 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, AAK tərəfindən 23.04.1992-26.04.2024-cü illər aralığında 1766 şəxsə professor elmi adı verilib. 

Bu isə o deməkdir ki, son 32 ildə, hər il təqribən 55 nəfər professor elmi adını alıb. 

Maraqlıdır, bəs bu qədər alimlərimiz varkən, Azərbaycanda niyə yeni kəşf və ya ixtiralar olmur?

Millət vəkili Fazil Mustafa bildirib ki, həqiqətən də, dissertasiyaların yazılması, elmi adların verilməsi məsələsində böyük problemlər var:

“Professor elmi adı alanların böyük əksəriyyəti kəşf və ixtira səviyyəsində imkana sahib deyil. Kəşflər daha çox texniki elmlərdə özünü göstərməlidir. Təəssüf ki, bu sahədə xeyli zəifliyimiz var. İnanmıram ki, beynəlxalq standartlarda hansısa qonşu ölkələrlə müqayisədə uğurlu bir statistikaya sahib olaq. Hər halda elm və texnika bizdə ən batmış və problemli sahələrdən biridir. Buranın canlanması üçün hələlik effektli addımları ata bilmirik. Bu da gələcəyimiz üçün problem yaradır”.



Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap