“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ətin qiyməti artacaq - Buna görə...

Tarix 20.05.24, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 567 min dollar və ya 46,4% , miqdar ifadəsilə 2 min 477 ton və ya 17,4% artıb. 1 kq ətin orta idxal qiyməti 2024-cü ilin dörd ayında 3,70 manata başa gəlib ki, bu da illik müqayisədə 0,73 manat (26%) bahalaşma deməkdir. 

Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti 2,97 manata başa gəlib. Bəs görəsən idxal prosesində özünü göstərən bahalaşma bazara təsir edəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu tendensiya hər bir halda bazara da təsirsiz ötüşməyəcək: 

“Bahalaşma varsa, aydındır ki, bu öz növbəsində piştaxtalarda əksini tapır. Əlbəttə, istehlak artdıqca, nəzərə almaq lazımdır ki, təkcə qida məhsullarında deyil, digər satış məmulatlarında da bahalaşma nəzərə çarpır. Ümumən son 10 ildə BMT protokollarına da nəzər yetirsək, müxtəlif məhsullarda dinamik bahalaşma baş verir. Əlbəttə, bunun fonunda müddətli şəkildə müəyyən bahalaşma müşahidə ediləcək. Ət və ət məhsulları ilə bağlı bahalaşmanın səbəbləri arasında isə bu sahədə olan inhisarlaşmanın ciddi təsiri var”. 

Ekspert hazırki vəziyyətdə idxalın bazar üçün müsbət nüans olduğunu qeyd edib: 

“Nəzərə almaq lazımdır ki, ölkəyə ət idxalında da inhisarçılıq izləri müşahidə olunur. Belə olan təqdirdə şəffaf qiymət formalaşması mümkün olmur. Əgər idxalda hər hansı bir liberal yanaşma baş verərsə, onda biz bunun əksini, yəni ucuzlaşmanı da görə bilərik. Amma faktiki olaraq, vəziyyətə uyğun şəkildə bahalaşma ehtimalı daha çoxdur. Hazırki mərhələdə ölkəyə ət idxalı bazarda qiymət stabilliyinə, bolluğa səbəb olur. Çünki yerli istehsal tələbatı ödəmir. Belə olan halda indiki vəziyyətdə idxal müsbət rol oynayır”. 



Xəbərin oxunma sayı : 1468




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap