“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanın dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı

Tarix 09.06.26, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ildə dövlət borcu ilin sonuna 26 milyard manat və ya illik ÜDM-in 20,1 faizinə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1,6 faiz bəndi az deməkdir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

"Dövlət borcunun bu günə olan rəqəmi isə ümumiyyətlə, 24,1 milyard manata və ya proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizinə bərabərdir. Bu da Azərbaycanın dünyada dövlət borcunun ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri olmasının bir daha bariz bir göstəricisidir”, deyə nazir əlavə edib.

Sahil Babayev qeyd edib ki, dövlət borcunun həcmi azalmağa davam edib:

"2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə bərabərdir. Bu göstərici Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyanın ən aşağı göstəriciyə malik ölkələrindən biri olduğunu göstərir”.

Nazirin sözlərinə görə, 2026-cı il yanvarın 1-nə borc portfeli 17,8 milyard manat daxili dövlət borcu və 8,2 milyard manat xarici dövlət borcundan ibarət olub. Cari ilin iyunun 1-nə isə daxili dövlət borcu 16,2 milyard manata, xarici dövlət borcu isə 7,9 milyard manata enib.



Xəbərin oxunma sayı : 1525




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap