Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - VİDEO

Tarix 21.05.24, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


"Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkənin bütün regionlarında yenidənqurma işləri həyata keçirir. 

AzFakt.com xəbər verir ki, İnvestisiya Proqramına uyğun olaraq Şəki elektrik şəbəkəsi yenilənir. 

Rayonun Aran kəndində yenidənqurma işləri baş çatıb. Aşağı Layısqı kəndində isə son tamamlama işləri görülür. Orta Zəyzid və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam edir. Adıçəkilən kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənir, müasirtipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Həmçinin köhnə elektrik sayğacları müasirləri ilə əvəz olunur. 

Yenidənqurma işləri başa çatdıqdan sonra 4 kənddə ümumilikdə 2 min 500-dən artıq abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.  

Balakənin Sarıbulaq və Hənifə kəndlərində də elektrik təsərrüfatının yenilənməsi işləri davam edir.

Həmin kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar, eləcə də köhnə sayğaclar yenilənir. Yenidənqurma işləri ümumilikdə Sarıbulaq və Hənifə kəndində yaşayan 2 mindən çox abonenti əhatə edir. Arılıqbinə kəndində 160 kVA-lıq KTM quraşdırılıb. Katex kəndində isə yeni güc mərkəzinin quraşdırılmasına start verilib.   

Abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə "Azərişıq” ASC ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə yenidənqurma işlərini paralel şəkildə davam etdirir.  





Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap