Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı“ - Tükürpədən namus cinayəti üzrə məhkəmə başa çatdı

Tarix 23.10.18, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfael Feyziyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror R.Feyziyevə qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqı dövründə tam sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı R.Feyziyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Картинки по запросу MƏHKƏMƏ

R.Feyziyevin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, R.Feyziyevə qarşı irəli sürülmüş xüsusi amansızlıqla adam öldürmə ittihamı ilə razılaşmırlar.

Məhkəmənin hökmü ilə R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəfail Feyziyev elan olunmuş ittihamla özünü təqsirli bilmir. Deyir ki, həyat yoldaşını namus üstündə öldürüb.

Əlavə edib ki, arvadının hərəkətlərini onun qardaşına da söyləyibmiş: "Oğlumuz, qızımız var. Amma bu yola düşdü. Qardaşına bu barədə demişəm. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. O mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, get evdəki komputerdə mənim şəkillərim var. Müstəntiqdən soruşanda oğlumun müştərisi olduğunu dedi. Sonra gedib evdə həmin şəxsin şəkilini kompuyterdə tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? Mənə dedi ki, yaxşı eləmişəm"

Картинки по запросу intim görüntüləri sosial şəbəkədə

R.Feyziyev elə bu sözə görə də arvadını öldürdüyünü bildirib.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib.

Картинки по запросу qadını bıçaqladı

Məlumata görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri Rəfael Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.




Xəbərin oxunma sayı : 244




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap