![]() |
|














“Bəli, ailəsini bununla dolandırırdı, mərdimazarlıq etmişəm” – Rasim Musabəyov
Tarix 10.05.19, 16:22 |
|

“Mən indi oturum yazım, Azərbaycanın filan problemləri var? Problemi həll edirəm mən?”
Deputat Rasim Musabəyovun sosial mediada şəhərin mərkəzindəki keçidlərdən birində popkorn satan yeniyetmə haqda yazdığı status qınaqla, tənqidlə qarşılandı.
Bu statusdan sonra həmin keçiddə popkorn satışı dayandırıldı və deputat bu haqda yenidən yazmalı oldu: «Dünən axşam Azneft Meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir».
R.Musabəyovla bağlı tənqidlərsə davam edir. Tənqidçilər onun ölkənin daha vacib problemlərindən danışmalı olduğunu bildirir və deputatı bir yeniyetməni işsiz qoyduğuna görə qınayırlar.
AzadlıqRadiosu bununla bağlı R.Musabəyovdan müsahibə alıb.
- Rasim bəy, Facebook-da yazdığınız statusa belə bir reaksiya veriləcəyini gözləyirdinizmi?
– Açığı, gözləmirdim. Bu, mənə kiçik məsələ kimi göründü, buna görə harasa deputat sorğusu göndərməyi, lap elə rəsmi bir rəhbərə zəng etməyi düzgün saymadım. Qısa bir status yazdım. Ayrı keçidlərdə də belə biabırçılıqlar var, onların şəklini də çəkə bilərdim. İctimai rəy yarana bilərdi ki, keçidlərdə dönər, popkorn satışı qadağandır. Biz keçidlərdə, dayanacaqlarda siqaret çəkməyi qadağan etmişik, orda bu cür fəaliyyətlə məşğul olmaq düzgün deyil. Başqaları popkornu küçədə satdığı kimi o da keçiddən çıxıb orda satsın. Ona bir söz deyən yoxdur ki…
- Sizin qaldırdığınız bu məsələyə fərqli, əks reaksiyalar da oldu və…
– Təəssüf olsun. Başladılar gözyaşı tökməyə ki, 12 yaşlı uşaqdır, kimsə felyeton, kimsə 12 yaşlı uşaqcığazın adından məktub yazdı. 17 yaşı var, bunu Təhsil Nazirliyi dəqiqləşdirdi. IX sinfi bitirdikdən sonra oxumaq istəməyib, gəlib Binəqədidə vaxt öldürür, bir il sonra əsgər getməlidir. Buna texniki peşə məktəbində oxumağı təklif ediblər, maraq göstərməyib. İndi buna gözyaşı tökməyə dəyərmi? Problemin mahiyyəti qalıb kənarda… Yox, Rasim Musabəyovun dediklərini yozmaq üçün bəhanə axtarırdılarsa, buyursunlar. Amma ədalət hissi olmalıdır, axı.
- Sizə olan iradlar, qınaqlar onunla bağlıdır ki, həmin yeniyetmə orda işləyirdi, oradan evinə çörək aparırdı, amma Sizin yazdığınızdan sonra işsiz qaldı…
– Bəli, ailəsini bununla dolandırırdı, mənsə gəlib mərdimazarlıq etmişəm. Hmm… Mənə deyirlər ki, get böyük problemlərlə məşğul ol, bununla yox. Mən bununla məşğul olmurdum. Bu status yazmağa 5 dəqiqə sərf etdim. Bir daha təkrar edirəm, bu, mənə xırda bir məsələ kimi göründü, buna görə harasa müraciət etməyə dəyməzdi. Gözümün qabağında görürəm ki, oradan keçəndə iy ətrafı doldurur. Bu, düzgün deyil, açıq havada satılmalıdır.
- Siz başqa məqama da diqqət çəkirsiniz, yazırsınız ki, bu yeniyetmə dövlətə vergi ödəmir, elektrik enerjisindən havayı istifadə edir.
– Bu, ora niyə gəlib? Mənim iradım… Mən buna kim baxırsa ona dedim ki, düzgün etmirsiniz, bunu yığmaq lazımdır. Allah bilir, onu orda heç bir icazə almadan yerləşdiriblər. Gündüz keçiddəki otağa qoyurlar popkorn dəzgahını, çoxlu adam keçəndə çıxarıb satırlar. Bundan kimsə qazanc götürür də. Mən göstərdim ki, burda satışa şərait yaradanlar qanunu hərtərəfli pozurlar.
- Sizcə, kimlər şərait yaradır buna? Rəsmilərin icazəsi olmadan, yəqin, buna imkan yaradılmaz.
– Rəsmilər yox ey. Keçidə baxan var, onun orda otağı var, həmin şəxsin icazəsi olmadan elektrik enerjisinə qoşulmaq mümkün idi? O enerjinin pulu da ödənmir, təbii. Həmin pul keçidə baxanın cibinə axır. Mənim iradım bu baxımdandır, məmurlaradır ki, bu cür öz marağı naminə, cibini doldurmaq naminə camaatı tüstüyə verməməlidirlər.
- İndi o uşaq…
– O, uşaq deyil, 17 yaşındadır, sabah əlinə tüfəng verib orduya çağıracağıq.
- Həmin yeniyetmə işsiz qaldı, yəqin bu işə ehtiyacı vardı ki, gəlib orda, yarıqapalı bir yerdə işləyirdi.
– Niyə işsiz qalır? O aparat onun idisə bulvarda ya ayrı yerdə açıq havada qoyub işlədə bilər. Mütləq bunu keçiddə işlətməlidir?
- Ona başqa yerdə iş təklif edilib-edilməməsi ilə maraqlandınızmı?
– Bunun işi vardısa, indi də davam edə bilər, bu birilər kimi. Bulvara keçən kimi 10 dənə belə aparat var. Mütləq keçiddə durmalıdır?
- Bu məsələ ilə bağlı Sizə tutulan iradlardan biri də bu oldu ki, deputat Rasim Musabəyov niyə böyük, ölkəmiqyaslı problemlərə deyil, xırda problemlərə diqqət çəkir.
– Siz böyük problemlərlə bağlı neçə dəfə müraciət etmisiniz mənə? Mənim fəaliyyətim parlamentin beynəlxalq əlaqələr üzrə komitəsindədir. Onu da həyata keçirirəm. Bu, mənim üçün xırda məsələdir, 5 dəqiqə vaxt sərf etdim, status yazdım. Dediklərimi müxtəlif yerə yozdular və buna cavab vermək vaxtımı aldı. Məni məcbur etdilər ki, xırda məsələyə lazımsız vaxt sərf edim. Bu, məmurlara çağırış idi, yəni ay məmurlar, buna yol verməyin. Orda yazıram ki, icazəsizdir, dövlətin elektriki sərf olunur, bu, onlara işarədir: siz cibinizi doldurursunuz, amma camaata zərər verirsiniz. Burda nə var idi?! Təəssüflənirəm ki, yüzlərlə insan bunu özünə mövzu seçib və o yana, bu yana yozurlar. Mən publik şəxsəm, hamının xoşuna gələ bilmərəm. Bundan həzz alırlarsa, buyursunlar.
- Azneft dairəsindəki keçiddən bulvara çıxanda Bayraq Meydanı da görünür. Orda bir-iki il qabaq bayrağı götürüblər, hələ də yerinə qaytarılmayıb. Siz niyə buna da diqqət çəkmirsiniz ki, hanı bu bayraq?
– Bununla yanaşı, yüz dənə də ayrı problem var. Siz deyirsiniz ki, mən oturub indi… Mənim səhifəmə baxın, mən status yazmıram. Mənim səhifəmdə hamısı müsahibələrimin, yazılarımın linkidir, beynəlxalq görüşlərdə çıxışlarım haqqında məlumatlardır. Oturub Facebook-da statuslar yazmaq üçün yaşım da çoxdur. Mən indi oturub Facebook-da bayraqdan yazım, nədən yazım? Mən bununla Facebook-da məşğul olmuram.
- Həmin vacib məsələləri parlamentdə, başqa rəsmi qurumların qarşısında qaldıra bilərsiniz, Sizin buna imkanınız var. Olmazmı, Rasim bəy?
– Çox problem var. Hər kəs öz məsələsi ilə məşğul olmalıdır. Sən hesab edirsənsə ki, bayraq məsələsi ilə mütləq maraqlanmaq lazımdır, maraqlana bilərəm. Bildiyimə görə, orda ciddi möhkəmləndirmə işləri gedir. Bayraq orda yenidən ucaldılacaq, ancaq indi bərkitmə işi gedir ki, sonradan problem yaranmasın. Əminəm ki, bu işi aparmaq dövlət qurumlarının məsuliyyətidir.
- Görünür, dövlət qurumları vaxtında məsuliyyətsiz davranıblar ki, milyonlar xərclənmiş Bayraq Meydanında yenidən bərkitmə işlərinə ehtiyac var, elə deyilmi?
– Sən deyirsən ki, mən bir popkorn məsələsinin həllini tapmışamsa, bayraqla bağlı da status yazım, sabah tökülüşüb həll etsinlər? Orda işlər gedir. Əminəm ki, tamamlanacaq.
- Siz statusunuzda yazmısınız ki, keçidi iy basır, xaricilər də görür bunu və s.
– Məni xaricilər maraqlandırmır. Özümüz də keçəndə nəfəs almaq mümkün deyil.
- Seçiciniz Sizdən daha qlobal problemlərə…
– Mən indi oturum yazım, Azərbaycanın filan problemləri var? Problemi həll edirəm mən? Görüşlər var, söhbətlər aparıram mən. Düşünmürəm ki, Facebook-da status yazmaqla millət vəkili ölkənin problemlərini həll edəcək. Sadəcə hesab etdim ki, bu, xırda məsələ Facebook-luqdur.
- Bu cür müşahidələrinizi yenə yazacaqsınız, ya peşman etdilər Sizi?
– Reaksiyanı görərək düşünürəm ki, müsahibələrimin linkini yerləşdirməklə, görüşlərim haqda məlumat, şəkil verməklə kifayətlənərəm. Camaatın bu cür yanaşmasını görəndə, balaca da olsa, məsələlərin həllinə diqqət çəkməyə həvəs itir.
Xəbərin oxunma sayı : 1141
Müsahibə
Xəbərlər
-
Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir - Cinayətkarlıqla mübarizə üçün
-
Kremlin “Yumşaq gücü“: Küləyə sovrulan milyonlar və Azərbaycanda uğursuzluq
-
“Barama“ bağçasında müəllimə uşağa şiddət göstərib? - VİDEO
-
Azyaşlı övladını öldürməkdə təqsirləndirilən ana saxlanıldı - VİDEO
-
İşığa görə bildiriş 6 aydan sonra gəlib - “İkiqat borc yazılıb“ VİDEO
-
“Qocalar evi“, yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə müəssisə
-
Bağça müdirinin vəzifəsindən sui-istifadə etdiyi iddia edilir - VİDEO
-
Azərbaycanda avtomobillərin sayı artır - VİDEO
-
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
-
Arayikgilin məhkəməsi davam etdirilir - Mühüm sənədlər elan olundu
-
“Bizə daha bir neçə “Kelloq“ lazımdır“ - Ukrayna prezidenti
-
Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - Video
-
“Araz-Naxçıvan“dan qələbə, “Qarabağ“dan heç-heçə - Premyer Liqa
-
BMT-də Fələstinlə bağlı səsvermə - Azərbaycan lehinə səs verdi
-
İlk köç karvanı Hadrut qəsəbəsinə çatdı, açarlar təqdim edildi - FOTOLAR
-
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - Tuncay Bağırov kimdir?
-
Xanım bələdiyyə sədri cərimələndi - 2 min manat
-
“Rusiyaya qarşı səbrim tükənir“ - Donald Tramp
-
Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə...
-
“Mağara“ restoranında oğurluq - Müştəri həbs edildi
-
“Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir“ - Zelenski
-
Boşandığı üçün ailəsini öldürmək istəyirmiş - Dayısı arvadı xilas ola bilməyib...
-
Nepalda iğtişaşlarda 51 nəfər həlak oldu - həbsxanadan 13 500 məhkum qaçdı
-
“Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək” - Eşqi Bağırov
-
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
-
“Onlar Putinin köməyi ilə “yerdə” axan qanı dayandırdılar“ - Rusiya XİN
-
Hidayət Abdullayevə müşavir təyin edildi - FOTO
-
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və...
-
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İddia
-
“Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb“ - Peskov
-
Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? - Siyahı
-
Dollar neçəyə olacaq? - 3 günlük məzənnə açıqlandı
-
“Sözün bitdiyi an“da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla... (FOTO)
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bakıda 35 min manatlıq dələduzluq - 3 nəfər saxlanıldı
-
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul etdi - Fotolar
-
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır - Bu bizə nə vəd edir?
-
Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunub - Fotolar
-
Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə məhv edildi -VİDEO
-
Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoydu - RƏSMİ
-
“Rusiyanın Polşanın hava məkanına qəsdən müdaxiləsinə dair sübutlar var“ - Nazir
-
Metroda differensial qiymət artımı ola bilər - RƏSMİ
-
Bu şəxslər nlar pensiya ala bilməyəcək - RƏSMİ
-
Aİ və Tramp Putinə təzyiq məsələsində razılaşıb - KİV
-
“İsrail Çarli Kirkin qətlində iştirak etməyib“ - Netanyahu
-
Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
-
Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır? - Ölkələrin siyahısı
-
201 saylı məktəb kollektivinə qarşı “səlib yürüşü“ - FOTO/VİDEO
-
“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir“ - Komitə sədri
-
ANAMA-nın vəzifəli şəxsləri Laçında həbs olundu - İctimai asayişi pozduqlarına görə
-
Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...
-
“Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub“ - Nazir müşaviri
-
Azərbaycan Rusiydan təbii qaz idxalını dayandırıb - Ölkələrin siyahısı
-
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
-
“Qızı maşına sürüyə-sürüyə apardılar” - VİDEO
-
“Ermənistan Rusiya üçün kiçik qardaş deyil, tərəfdaşdır“ - Prezident Xaçaturyan
-
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü açıqladı
-
“Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib“ - Tramp
-
Nazirliklə AzTV arasında sövdələşmə - 28 min manat nəyə xərclənəcək?
-
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
DTX-nin həbs etdiyi Anass Derraz: “Mənə 2 milyon 250 min dollar çatmalı idi“
-
NATO Polşada dron hücumuna hərbi cavab hazırlayır - “Bloomberg“
-
Culfa rayonunda ağır yol qəzası - 4 polis əməkdaşı öldü
-
Böyük Qayıdış davam etdirilir - Hadrut və Badaraya ilk köç yola çıxdı
-
“Rubio məni əmin etdi ki, Tramp təslim olmayacaq“ - Siyarto
-
“Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm“ - Əhmədin şok etirafı
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu sənədlər məhkəmədə elan olunub
-
Dünyanın ən yaxşı şirkətləri: “Apple“ siyahıda niyə yoxdur?
-
Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
-
Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıq -4 nəfər həbs olunub
-
“Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olur“ - Mbappe
-
Əmək müqaviləsinin elektron imzalanması: Risk, yoxsa üstünlük?
-
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB
-
Təhsil Şöbəsinin sabiq müdirinə “stop“ qoyuldu - Səbəb nədir?
-
Endirimli bilet tələsi: Vətəndaşlar dələduzların hədəfində
-
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
-
Bu şirkətin 600 min borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Əlyazmalar İnstitutunda narazılıq: Teymur Kərimli Nigar Babaxanlının direktor təyin edilməsini istəyir?
-
“Yalvarıram, Rusiyaya və Belarusa getməyin“ - XİN rəhbəri
-
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
-
Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı QƏRAR
-
“Məsələ avropalılar və Zelenskinin üzərindədir“ - Lukaşenko
-
“Eurohome“da yoxlama: Azay Möhnətovdan yuxarı orqanlara niyə şikayət edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Avtomobil sahibləri ən çox bu sığorta şirkətlərindən narazılıq edir - Siyahı
-
“Rusiya-Belarus hərbi təlimləri Ukrayna və Avropaya qarşı yönəlib“ - Zelenski
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Azərbaycanda qeyri-qanuni diplom almaq fərasət sayılır“ - Emin Əmrullayev
-
Həftəsonuna qədər küləkli hava davam edəcək - XƏBƏRDARLIQ
-
Futbolçularımız heç-heçəyə görə mükafat aldı - Rəsmi açıqlama
-
“Bizim mağazalarımızda Azərbaycan malları olacaq“ - Simonyan
-
Hansı məktəblər onlayn tədrisə keçəcək? - Nazir açıqladı
-
Təyyarədə sərnişinlərin yüklərindən oğurluq edən əcnəbilər saxlanıldı - Video
-
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı - FOTO
-
“Expressbank”, “Yelo Bank”, “Unibank”… - Ən çox şikayət edilən banklar
-
İcra başçısı 2 milyon manata 130 hektar bağ alıb - İDDİA
-
“Atlas Medical“da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə...
-
MİQ-də təkrar iştirak ödənişli olur - 45-60 manat
-
Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Yağış, leysan, dolu yağacaq - Sabahın havası
-
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
-
“Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək“ - NAZİR
-
“Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur” - DEPUTAT
-
“Habertürk” və “Show TV”yə həbs qoyuldu - Türkiyədə əməliyyat
-
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
-
Altıağacın piknik ərazisini icarəyə verdilər - Giriş üçün əlavə pul yığılır
-
22 yaşlı qızın qaçırılmasına görə - Bacısı və oğlanın anası da saxlanıldı
-
Daha 4 itkin-şəhid sabah dəfn olunacaq - FOTOLAR
-
Xanımı vəfat etdi, ehsan əvəzinə yola asfalt çəkdirdi - VİDEO
-
Ağcabədidə ana doğuş zamanı öldü - Körpə xilas edildi
-
“Formula 1”ə görə 15 sentyabrdan yollar bağlanır - Siyahı
-
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
-
“Azəriqaz”ın rəhbərinin səhhətində problemlər yaranıb - Vəziyyəti ağırdır
-
Trampla Netanyahu arasındakı telefon danışığı gərgin keçib - KİV
-
Şuşakənd, Qırmızıbazar və Sosa ilk köç karvanı yola düşdü - FOTO
-
“Beynəlxalq sistem qlobal məsələləri və regional münaqişələri həll edə bilmir“ - Hakan Fidan
-
Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qaz sayğacı bizdən xəbərsiz dəyişdirilib“ - Vətəndaş narazıdır (VİDEO)
-
“Predu” bağçasında tərbiyəçi uşağa qarşı kobudluq edir - VİDEO
TOP 10
ARXİV