“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İcra başçıları nə qədər maaş alırlar? - Rəqəmlər

Tarix 21.02.20, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir.

Məlumata görə, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.

Həmin sərəncamla Prezidentin "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.

Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır/Oxu.az.



Xəbərin oxunma sayı : 1246




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap