Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Tarix 20.09.24, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən "MilliÖn" və "E-manat" terminallarında ödəniş edən zaman 1% komissiya tutulur. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

Məsələ ilə bağlı əvvəlcə "E-manat"la əlaqə saxladıq. Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, bu komisiya onlara aid deyil. "E-manat" terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir. Hər hansı bir komissiya tutulursa, müştəri "İnfo" bölməsində komissiyanın bank, yaxud da E-manat tərəfindən tutulduğunu aydın şəkildə görə bilər. Qeyd edilən bütün xidmətlər üzrə terminal interfeysində komissiyanın bank tərəfindən olduğu qeyd olunub. O da əlavə edilib ki, bütün xidmətlər üzrə fərqli komissiya faizi tətbiq olunur.

"MilliÖn" şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirildi ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. "Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır", deyə - açıqlamada qeyd olunub.




Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap