Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Mercedes-Benz“in səhmləri kəskin şəkildə aşağı düşür - SƏBƏB

Tarix 20.09.24, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


"Mercedes-Benz" şirkətinin səhmləri Frankfurt birjasında son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

İqtisadiyyat.az "Bloombergi"ə istinadən xəbər verir ki, bu kəskin qiymət enişi Çin bazarındakı azalan satışlarla bağlıdır.

Dünyanın ən böyük lüks avtomobil istehsalçısı olan "Mercedes-Benz" Çində satış proqnozlarını azaltmağa məcbur olub.

Xüsusilə "S-Class" və "Maybach" modellərinin Çin bazarındakı zəif nəticələri şirkətin əsas avtomobil bölməsinin gözləntilərini aşağı salıb. Şirkət gəlir proqnozunu əvvəlki 11 faizdən 7,5-8,5 faiz səviyyəsinə endirib.

Eyni zamanda, Çinin "BYD" şirkəti "Mercedes-Benz"in bu ölkədəki zavoduna nəzarəti ələ keçirib. Bir çox xarici avtomobil istehsalçıları Çin bazarındakı mövqelərini zəiflədərkən, "BYD" bu zavodun səhmlərini satın alıb.

Bundan əlavə, beş böyük Avropa avtomobil istehsalçısının (BMW, Mercedes-Benz, Stellantis, Renault və VW) əsas zavodlarının təxminən üçdə biri 2023-cü ildə tam yüklənməyib. Satışların pandemiyadan əvvəlki səviyyələrdən üç milyon az olması minlərlə iş yerinin gələcəyini təhlükə altında qoyur.



Xəbərin oxunma sayı : 229




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap