Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Vardanyan Bakıdan Paşinyana cavab verdi:"İstənilən suala cavab verməyə hazıram"

Tarix 20.09.24, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağda ləğv edilmiş separatçı rejimin keçmiş "dövlət naziri", hazırda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıdakı istintaq təcridxanasında saxlanılan, erməni milyarder Ruben Vardanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarına cavab verib.

Xatırladaq ki, Nikol Paşinyan öz açıqlamasında bildirib ki, Vardanyanın Rusiya vətəndaşlığından imtina qərarını və 2022-ci ilin sentyabrında gözlənilmədən Qarabağa gəlməsi "müəmmalı idi".

"Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinası barədə ona kim göstəriş vermişdi? Kim və hansı məqsədlə onu Qarabağa göndərmişdi? Bu suallara cavab istəyirik", - Paşinyan vurğulayıb.

Vardanyan Bakıdan vəkili vasitəsilə Paşinyana cavab verib:

"Paşinyanın sualları vardısa, 2022-ci ilin noyabrında baş tutmuş axırıncı görüş zamanı verə bilərdi. Hər insan başqasının hərəkətlərini öz həyatının nümunələri və prinsipləri ilə ölçür. Hər halda, öz imkanlarım daxilində istənilən sualına hələ də cavab verməyə hazıram", - söyləyib.

Keçmiş separatçının sözlərinə görə, Nikol Paşinyanla tanışlığı 2018-ci ilin yazında, yəni Ermənistanda baş verən "məxməri inqilab"dan sonra baş tutub. O, görüşdə bildirib ki, nə o, nə də biznes tərəfdaşları Ermənistanın daxili siyasətinə qarışacaq, rəhbərliklə münasibətlərindən asılı olmayaraq "xeyriyyəçiliklə məşğul olacaqlar".

"Söhbət Qarabağın taleyindən gedəcəyi təqirdə. yanaşmamı dəyişəcəyəm", - Vardanyan görüş zamanı söyləyib. Beləliklə, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində bütün addımları bu zəmin üzərində qurulub.

Xatırladaq ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap