Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Aİ Gürcüstanla vizasız rejimi ləğv edə bilər – “Politico”

Tarix 20.09.24, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) ölkədə demokratiyanın tənəzzülü davam edəcəyi təqdirdə, Gürcüstanla vizasız rejimin ləğvi imkanını nəzərdən keçirə bilər.

Bu barədə “Politico” qəzeti Avropa Komissiyasının (AK) nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Aİ vizanın liberallaşdırılmasının mümkün müvəqqəti ləğvi də daxil olmaqla, bütün variantları müzakirə edir.
“Aİ və Gürcüstan arasında viza rejiminin liberallaşdırılması və müvafiq fəaliyyət planı üzrə dialoqun bir hissəsi olaraq Gürcüstan hakimiyyəti vətəndaşların fundamental hüquqlarının müdafiəsi və əhalinin müəyyən qruplarının ayrı-seçkiliyinin qarşısının alınması da daxil olmaqla müəyyən tələbləri yerinə yetirməli idi. Ancaq Şengen zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan belə bir inkişaf baş verəcəyi, həmçinin Gürcüstanda demokratiyanın daha da tənəzzülə uğrayacağı təqdirdə lazımi qiymətləndirmələr aparılacaq”, - AK sözçüsü əlavə edib.
Qeyd edək ki, 2017-ci il müqaviləsinə əsasən, Gürcüstan vətəndaşlarının ildə altı ay müddətinə Aİ ölkələrinə səfər etmək üçün vizaya ehtiyacları yoxdur.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap