Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Elşaddan sonra məhv oldum“ - Ayrılığın səbəbini açıqladı

Tarix 01.03.21, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Rəqqasə-aktrisa Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə ayrılıqlarının əsl səbəbindən bəhs edib.

Axşam.az xəbər verir ki, sənətçi "Onun sirri" verilişində ifaçını heç vaxt sevmədiyini etiraf edib:

"Son 3 ildə qarşıma çıxmayıb, heç çıxmasın da. Həyatımda yaşanıb deyə, hər dəfə ondan sual verilməlidir? İndi başqa ailəm, uşağım var. Onun haqqında sualın yeri yoxdur.

Elşad Xose haqda heç nə danışmaq istəmirəm. Yetərincə əziyyət çəkmişəm. Əziyyətin həddi-hüdudu var və mən bir gün anladım ki, ora çatdım. Başa düşdüm ki, əziyyətim boşa getdi. Anladım ki, ona artıq nə sevgi, nə başqa bir şey verə biləcəm. Biz fərqli insanlarıq, ayrı yollar gedirik. Biz məcbur yollarımızı kəsişdirmişik. Elə anlamışıq ki, sevirik bir-birimizi. İndi başa düşürəm, onu sevməmişəm. Sadəcə, mərhəmət hissi olub.

Onunla ayrılqıdan sonra stress keçirdim, 2 il yarım depressiyaya düşdüm. Tamamilə məhv olmuşdum... Getdim psixoloq yanına. 16 il övladım olmadı, müalicələr alırdım. Psixoloq dedi, ürəyində o qədər uşaq istəmək hissi var ki, onu yönəltmisən başqasına. Başlamısan həmin insana qayğı göstərməyə. İndi bu insan beynimdən, qəlbimdən və ruhumdan çıxıb".



Xəbərin oxunma sayı : 991




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap