“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əfsanəvi futbolçular Azərbaycana nə üçün gəlir? - AÇIQLAMA

Tarix 16.05.22, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


İspaniya yığmasının və Madrid “Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.

Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib. 

Səfərin səbəbi barədə Offsideplus.az-a verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib:

“İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət olunub. Həmin iş adamı hazırda İspaniyada şəxsi bizneslə məşğuldur. Elə adıçəkilən futbolçularla dostluq əlaqələri olan soydaşımız onları Azərbaycana dəvət edib. Sabiq oyunçuların iyun ayının ortalarında Bakıya səfəri gözlənilir. Gəlişin məqsədi isə Azərbaycanda dincəlməkdir. İlk olaraq paytaxta qədəm qoyacaq futbolçular Bakıdakı məşhur otellərdən birində qalacaqlar. Onların bir neçə bölgəyə də səfəri planlaşdırılıb. Bu rayonlardan biri Qubadır”.

Həmsöhbətimiz ispaniyalı futbolçuların yerli mətbuatla görüşünü də təşkil etmək istədiklərini söylədi:

“İndiyədək Azərbaycana bir sıra məşhur futbolçular gəlib. Lakin onların mətbuatla görüşü təşkil olunmayıb. Çalışırıq ki, bu dəfə Kasilyasla Qonsalesi azərbaycanlı media nümayəndələri ilə görüşdürək. Onu da qeyd edim ki, bu səfərin nə Gənclər və İdman Nazirliyi, nə də AFFA ilə əlaqəsi var. Bu, bir az əvvəl qeyd etdiyim kimi, azərbaycanlı iş adamının bilavasitə təşəbbüsü ilə həyata keçiriləcək”.

Maraq üçün qeyd edək ki, bir neçə il əvvəl “Milan” klubunun isveçli ulduzu Zlatan İbrahimoviç də ölkəmizə səfərə gəlmişdi. Azərbaycan təbiətinin seyrinə çıxan 40 yaşlı hücumçu İsmayıllıda ova da getmişdi.



Xəbərin oxunma sayı : 1132




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap