Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Gürcüstan Rusiyaya iqtisadi sanksiyalar tətbiq edə bilməz” - Qaribaşvili

Tarix 21.06.22, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstanın öz təhlükəsizlik çağırışları və milli maraqları var.

“Biz aydın şəkildə bəyan etdik ki, Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz. Biz bununla bağlı çox açığıq, bizim öz milli maraqlarımız var. Bizim öz təhlükəsizlik çağırışlarımız var, iqtisadi çağırışlarımız var. Bizim motivasiyamız budur. Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq etməyən yeganə ölkə deyil. Ölkəmizin həssaslığına görə. Çünki siz Rusiya tərəfindən işğal edilmiş çox ölkə görə bilməzsiniz. Ölkəmizin coğrafiyasını da nəzərə alsanız, bizim mövqeyimizi asanlıqla başa düşə bilərsiniz. Mən hökumət başçısı olaraq əhalimizin təhlükəsizliyi barəsində düşünməliyəm”, - deyə Qaribaşvili vurğulayıb.
Ətraflı
Ad - 00:13

Baş nazir qeyd edib ki, Gürcüstan qlobal maliyyə sisteminin bir parçasıdır və Ukraynanın işğalı ilə əlaqədar adekvat reaksiya verib:

“Biz ictimaiyyətə bəyan etdik ki, sanksiyalara məruz qalmış hər hansı bir şirkətin Gürcüstanı sanksiyalardan yan keçmək məqsədilə istifadə etməsinə icazə verilməyəcək. Bunun aydın nümunəsi VTB bankdır”.

Qaribaşvili 2008-ci ildə Rusiyanın suveren ölkə olan Gürcüstanın ərazilərinin 20 faizini işğal etdiyini, lakin dünyanın buna kifayət qədər diqqət ayırmadığını vurğulayıb.

“Dünya adekvat və müvafiq reaksiya göstərmədi. Rusiyaya heç bir sanksiya tətbiq edilmədi”, - Baş nazir bildirib.



Xəbərin oxunma sayı : 928




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap