Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Tarix 17.05.19, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl Tiflisdə qətlə yetirilən avtoritet Elşən Məmmədovun (Elşən Əmircanski) həyat yoldaşı Ülkər Rzayeva Lent.az-ın redaksiyasına müraciət edərək qayınanasının onun üçün yaratdığı problemlərdən danışdı.
 
Ü.Rzayeva Lent.az-a bildirib ki, yoldaşı Elşən Məmmədov dünyasını dəyişəndən sonra qayını Əjdər və qayınanası Qəribə Məmmədova onu təkidlə Moskvaya köçürmək istəyiblər: 

“Elşənin 3 mərasimindən sonra Əjdər dedi ki, Moskvaya köçəndən sonra hər bir şərait yaradılacaq. Dediyinə görə, mənə şəxsi ev, uşaqları məktəbə aparıb gətirmək üçün maşın, pul kartları veriləcək. Sadəcə bu mənə bir az təəccüblü gəldi. Sanki bir az ayıldım. Başa düşdüm ki, Əjdərlə Qəribə bizim üzərimizdən iş görür”. 
 
Ülkər Rzayeva qeyd edib ki, bir neçə gün qabaq qayını Əjdər öz həyat yoldaşı ilə Gürcüstana gedib: 
 
“Oradan mənə zəng elədi və dedi ki, uşaqların gələcəyi ilə bağlı nə düşünürsən? Dedim ki, heç nə, Bakıya gələndə danışarıq. Qayıtdı ki, yox indi fikrini deməlisən. Mən də cavabımda bildirdim ki, Moskvaya getmirəm. Əjdərin onda səs tonu dəyişdi və Bakıya qayıdandan sonra isə söz-söhbət qalxdı. Sonunda bunların məqsədlərini anladım. Əjdər dedi ki, səni Moskvaya aparıb, “Lotu Quli”yə ev aldıracam. Həmçinin taksi biznesi quraraq qazancı bizə verəcək, lakin mən bunun təklifləri ilə razılaşmadım və bunlar ailəliklə məni sıxmağa başladılar. Çünki, Əjdərin Moskvada nə evi vardı, nə də bir işi. Onun məqsədi adımızdan istifadə edib "Quli"dən var-dövlət almaq idi. 
 


Yasa görə evə gələnlərlə qayınanam qeybətimi qırırdı. Elşən ölən günü “qaqaş” (“Lotu Quli”ni deyir) vəkili Təranə Əliyeva ilə 5 min dollar pul göndərmişdi. Bu ona pis təsir etdi  və ona görə məni sıxmağa başladı. Pul gələn günü isə “Quli”nin anası ilə qayınanam xarici ölkədə idilər. Arvad hamıya deyirdi ki, Ülkər “dəli”dir. Guya ki, mənim psixoloji problemlərim var. Əjdər 12 ildir evli olsa da, uşağı olmurdu. Məqsədləri məni dəli edib, övladlarımı əlimdən almaq idi. Moskvaya da ona görə, aparırdılar ki, məni birdəfəlik yola salsınlar və 4 uşağımı əlimdən alsınlar”.
 
Elşən Məmmədovun həyat yoldaşı həmçinin deyib ki, qayınanası Qəribə Məmmədova və qayını Əjdər Nadir Səlifovla görüşə gediblər: 
 
“Bir gün Qəribə məni və uşaqları öz anasıgilə apardı. Bizi evə qoyan kimi dedi ki, işi çıxıb getməlidi, bir azdan gələcək. Həmin gün Qəribə gəlmədi. Səhərə yaxın idi ki, qayınanamın qardaşı bizə dedi ki, Əjdərlə Qəribə  “qaqaş”ın yanına gediblər. Nəsə iş qurmaq istəyirdilər və bu mənə pis təsir elədi. Bir gün keçməmiş “Quli” mənim özümə zəng edib, olanları mənə dedi və qayıtdı ki, heç nədən narahat olma. Tam başa düşdüm ki, bunlar mənim və övladlarımın vasitəsi ilə “qaqaş”dan var-dövlət almaq istəyirlər. 
Elşən ölən vaxtı Əjdər uşaqlar üçün məndən etibarnamə aldı. Həmin etibarnamə ilə mən olmadan da uşaqlarla bağlı bütün hüquqi proseduraları həll edə bilərdi. O vaxtı Əjdər sənədlərimizi də aldı ki, guya xarici pasport işlərini həll edəcək. Mən isə Moskvaya getmək istəmirdim, amma onlar təkid edirdilər. Elşənin 40 mərasimi günü də “qaqaş”a görüntülü zəng elədilər ki, məni razı salsın. O da cavabında dedi ki, getmək istəmirsə, onu sıxmayın”.
 

Ü.Rzayeva qayınanasının ona və uşaqlarına məxsus 77 min 500 manatlıq qızıl-zinət əşyalarını ələ keçirməsini də iddia edib:
 
“Qəribə xanım qızılları Elşən ölməmişdən bir müddət əvvəl götürüb. Belə ki, avqustun əvvəlində uşaqlarla birgə Gürcüstana Elşənin yanına getdim. Qayınanam getmədi ki, avqustun axırı “Quli”nin anası ilə birlikdə Həcc ziyarətinə gedəcək.  Bütün qızıllarımı evdə viski qabının içinə yığmışdım. Ancaq biz Elşənin yanında olanda, Qəribə qızıllarımın hamısını götürüb. 
 
Sentyabrın 7-də Bakıya qayıtdım. Evə gələndə baxdım ki, qızıllarım yoxdur. Həmin vaxtı Qəribə də ziyarətdə idi. Ondan sonra Elşən öldürüldü, baş qarışdı. Qızıllarımı Qəribədən istəsəm də, hər dəfəsində min bir bəhanə edərək, söhbəti dəyişdi. Dedi verərəm, amma vermədi. Sonra qızıma demişdi ki, qızılları verməyəcək. Bundan başqa mən Qəribənin qohumlarından eşitdim ki, qızıllarımı banka qoyub və faiz alır. Camaata isə deyib ki, uşaqların gələcəyi üçün pul yığır”.
 
Ülkər Rzayeva bildirib ki, əlacsız qaldığından qaçmaq qərarına gəlib: 
 
“3 gün qabaq da anama demişdim ki, qardaşımı göndər, məni kəndə gətirsin. Qardaşımla da danışmışdım ki, Bakıxanov küçəsinə gəlsin, oradan qaçaq. Qəribə hiss eləməsin deyə plan qurdum, uşaqları mağazaya aparmaq adı ilə evdən qaçıb, qardaşımın yanına gəldim. Sonra da İmişliyə atam evinə gəldim və həmin gün axşam saatlarında qaynım mənə zəng elədi, amma özüm danışmadım. Qardaşım onla danışdı və mübahisə etdilər. Yəni mən öz istəyimlə o evdən qaçdım və Qəribə məni polisə verdi. İmişlidə iki polis evimizə gəlib dedilər ki, uşaqları qaçırmışam. Mən də onlara izah elədim ki, uşaqların valideyni nə vaxtdan uşaq qaçırır? Mənim ərim ola-ola evdən qaçmamışam. Daha sonra məktəbə görə uşaqlarıma, özümə sənəd çıxartdım”.
 
Ülkər Rzayeva onu da deyib ki, hətta uşaqlarının “yetim pulu”nu belə onun əlindən almaq istəyiblər:
 
 “Elşən öləndən sonra 40-ı çıxmamış sənədləri düzəltdilər ki, pensiya alsınlar. Mən orada olanda kart hələ alınmamışdı. Öz ata evimə gələndən sonra isə banka müraciət etdik, amma kartı tapa bilmədilər. Bir neçə gün gedib-gəlsək də, kart tapılmadı. Xalamoğlu maraqlandı və məlum oldu ki, kartı Qəribə Məmmədovanın bacısı oğlu Aqil gəlib götürüb. Təxminən 1200 manata yaxın pul idi. Sonradan həmin pulu qaytardılar, amma üstündən 300 manat götürmüşdülər. Onda dedilər ki, Qəribə pensiya düzəltdirmək üçün xərclərini ondan çıxıb”.
 
Ü.Rzayeva əlavə edib ki,  həyat yoldaşı ölməmişdən qabaq qayınanası ona əziyyət verib: “Söz-söhbət olurdu, amma bu qədər yox, çünki Elşəndən pis qorxurdular. Ərim mənə qızıl alırdı, arvad ona sifət edirdi, amma heç nə deyə bilmirdi. Elşənin məndən qabaq evliliyi olub. Moskvada tatar qızı ilə evli olub və ondan 23 yaşında qızı var. O vaxt Elşən bunları mənə danışmışdı ki, qızla Bakıya gəlib, amma Qəribə ona işgəncələr verib. Bunu qonşuları da təsdiqləyə bilər ki, o qız da axırda bunların əlindən qaçıb. Mənim kimi onu da qaçmağa vadar ediblər.
 

Avtoritetin arvadı qayınanasının vəkil Təranə Əliyeva barəsində verdiyi şikayətlə də bağlı danışıb. O qeyd edib ki, öz arzusu ilə evdən qaçıb: 
 
“Sadəcə Qəribənin məqsədi odur ki, mən əlacsız qalım, evə qayıdım. O, mənim və uşaqlarımın adından istifadə edib, kimlərdənsə var-dövlət almaq istəyir. Ona görə də ətrafda kim var onları şərləyir. Sağ olsunlar, yoldaşımın dostları mənə və uşaqlarıma dəstək olurlar. Lakin Elşən dünyasını dəyişəndən sonra nə Qəribə, nə də Əjdər uşaqlarımla maraqlanmayıblar”.
 
Qeyd edək ki, hal-hazırda bu iddia üzrə çəkişmə Suraxanı rayon Məhkəməsində araşdırılır. 
 
Ülkər Rzayeva keçmiş qayınanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77 500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarının sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir.
 
Xatırladaq ki, Elşən Əmircanski 2016-cı ildə Tiflisdə restorandan çıxarkən avtomobildə güllələnib. O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun ən yaxın adamlarından olub.
 
 













Xəbərin oxunma sayı : 718




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap