Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Lotu Quli“ düyməyə basdı: “Oğru”lar birləşdi

Tarix 16.04.19, 1:16

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada kriminal dairəyə mənsub olan şəxslərin daha ağır cəzalandırılması barədə qanunun qəbulundan sonra səssizliyin hökm sürdüyü “oğru dünyası”nda aktivlik hiss edilir. 

AzFakt.com cebhe.info-ya xəbər verir ki, "oğrular" İstanbulda David Surqrutskinin (Dato) təşəbbüsü ilə "sxodka" keçirildiyi barədə məlumat aldıqdan sonra birləşiblər. Bu “sxodka"da Ədhəm Səmərqəndski “taclandırılıb”.

"Sxodka" 9 apreldə olub. Orada Teymuraz Çripa, Roman Cəfərov, Termuraz Çurazde, Laşa Doqonadze iştirak edib. Qoça Cinparazde "sxodka" "oğru"ların rəyi ilə razılaşmayıb və bundan sonra "sxodka" barədə məlumatı yayıb. 

Surqrutskiyə qarşı bundan sonra cəbhə yaradılıb. Orada "Lotu Quli" ləqəbli Nadir Səlifov başda olmaqla Roland Şlyapa, Merabi Mzarelua, Tariel Oniani, Merab Cvanqveladze təmsil olunur. Onların fikrincə, Surqrutski 2015-ci ildə İrəvanda keçirilən "sxodka"da iştirak edib. Orada isə “oğru” titulunun təsadüfi adamlara verilməsinin dayandırılması barədə qəbul olunub. Dato Surqrutski də bu qərarla razılaşıb. İndi isə özü qərarı pozaraq İstanbulda "sxodka" keçirib. 

Bundan başqa yeni "taclandırılan" Ədhəm Səmərqəndski ilə bağlı da 50 milyonluq qalmaqal var. Səmərqəndski Özbəkistandan olan bir biznesmenin müdafiəsi üçün Datodan razılıq alıb və onun etibarını qazanıb. Həmin biznesmen isə vətənində başqa bir biznesmenə 50 milyon dollar borcludur və indi özünün müdafiəsi üçün "oğru"lar külli miqdarda pul xərcləyir.

Məlumata görə, bu qalmaqallarda digər tərəfin müdafiəçisi “qanuni oğru” Bəxti Dəşkəndskidir. İndi Səmərqəndskini bu mübarizədə qüvvələr nisbətinə nail olmaq üçün "taclandırıblar". 



Xəbərin oxunma sayı : 877




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap