Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Lotu Quli”nin öldürüldüyü oteldə nələr tapılıb... - YENİ TƏFƏRRÜAT

Tarix 23.08.20, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, “Lotu Quli”nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb.

Xatırladaq ki, “Lotu Quli” Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi  “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.




Antalya polisindəki mənbələrin dediyinə görə, “Xan Bakinski” Nadir Səlifova arxadan, boynunun arxasından dörd dəfə atəş açdıqdan sonra otel dəhlizi ilə qaçaraq uzaqlaşıb. Bu zaman “Lotu Quli”nin Gürcüstan vətəndaşı olan cangüdəni, İ.D. onu əlində iki tapança ilə qovub və dalbadal atəş açıb. “Xan Bakinski” qıçından və budundan yaralansa da onu aşağıda gözləyən Əmir H. Ilə birlikdə qaça bilib. Lakin “Xan Bakinski”nin və cinayət ortağının Denizli istiqamətində getdiyini təsbit edən polis Denizli polis müdirliyi ilə təmasa keçib, cinayətkarların içərisində olduğu avtomobil Antalya-Denizli avtomobil yolunda saxlanılıb.

Hadisə yerində aparılan axtarışda 2 tapança darağı, 1 fişək, boş gilizlər, 1 ədəd tapança, oteldə aparılan araşdırmada isə Səlifovun otağının girişində 1 tapança, 15 fişək, otağındakı çantasında 15 fişək, 1 bıçaq və başqa yerdə saxlanılan daha 1 tapança tapılıb.

“Xan Bakinski”nin hadisə yerindən qaçdığı avtomobildə isə 1 tapança, 11 fişək, 1 bıçaq ələ keçirilib.

“Alva Donna Exclusive Hotel Spa” oteli əvvəllər Habil Nadiroğlu adlı azərbaycanlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.



Xəbərin oxunma sayı : 8362




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap