Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Mən prezidentəm və prezident olacağam” - Zurabişvili

Tarix 09.01.25, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili “prezident funksiyalarını” yerinə yetirməkdə davam etdiyini bildirib.

AzFakt.com xəbər verir ki, o bu barədə Tbilisidə yeni ofisində keçirdiyi brifinqdə qeyd edib.
“Bu gün mən sizi Orbeliani sarayının (prezident iqamətgahı) davamı olan bu yeni ofisdə qəbul etmək istəyirəm. Bəlkə də bu, Orbeliani sarayına bənzəməyə bilər, amma onun ruhu buradadır və prezidentin funksiyası burada davam edəcək”, - deyə Zurabişvili bildirib.
Onun sözlərinə görə, ölkə dərin böhran içindədir və bundan çıxış yolu təkrar parlament seçkilərinin təyin edilməsidir.
“Mən prezidentəm və prezident olacağam”, - deyə o, brifinqdə qeyd edib.
Brifinq zamanı onun arxasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yanaşı, prezidentlik standartı da olub.
Qeyd edək ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib.
Bu, Gürcüstanda ilk dolayı prezident seçkiləri olub. İnauqurasiya ilə paralel olaraq Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları qarşısında çıxış edərək oranı tərk etdiyini, lakin siyasi mübarizəsini davam etdirəcəyini açıqlayıb.
Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap