|
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
Oleq Bakinskini bu şəxs tutdurubmuş - vəkildən sensasion açıqlamalar
Tarix 09.01.25, 18:50 |
|
“Oleq Krapivindən Azərbaycan hüquq-mühafizə orqanlarına şikayət edən Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur”.
Bu sözləri Musavat.com-a Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Krapivinin vəkili Xeyransa Babayeva deyib.
Vəkil müvəkkili ilə bağlı mətbuatda yazılanların bir qisminin həqiqətə uyğun olmadığını bildirib, Oleq Bakinskinin həbsi ilə bağlı sualları cavablandırmağa razı olub. Deyib ki, Oleq Krapivin ittihamı qəbul etmir.
“Yazırlar ki, Oleq Krapivin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Əslində isə ona bu maddə üzrə ittiham verilməyib. İttihamda xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri yer alır. Oleq kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edirəm ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Oleq Krapivin sırf təsadüfən bu məsələnin mərkəzinə düşmüş şəxsdir. Onun bu cinayət işində adının hallanması da zərərçəkən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir”.
Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı ...
Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:
“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb. Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini xahiş edib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Oleq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.
Vəkil bildirib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:
“Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.
Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyatları olan şəxslər olduqlarını da deyib.
Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar.
Qeyd edək ki, sabah, yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Oleq Bakinski ilə bərabər hakim qarşısına Konstantin Antonoviç Kuçer çıxarılacaq. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.
2024-cü ilin iyulun sonlarında Bakıda Oleq Bakinskinin həbsi bir qədər gözlənilməz oldu. Rusiya Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən idi. O, Kiyev Azərbyacanlıları Konqresinə rəhbərlik edirdi.
O, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.
Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başladığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.
Maraqlıdır ki, Rusiyanın Ukraynaya təcavüzünə ən sərt reaksiya verən Oleq Krapivin maraqlı qüvvələrin səyi nəticəsində, 2022-ci il iyunun 26-dan Ukraynada yaşa izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkov 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
Xəbərin oxunma sayı : 283
Hadisə
Xəbərlər
-
Paşinyanı istifadə edib atacaqlar: Ermənistanı niyə heç vaxt Aİ-yə qəbul etməyəcəklər
-
Boşanma və alimentlə bağlı qaydalar dəyişdi - VİDEO
-
İcra başçısı Əkbər Abbasov sakinlərlə görüşdə belə qızındı - FOTO
-
“Tərəfdaş kontingentlərinin yerləşdirilməsi ən yaxşı vasitələrdən biridir” - Zelenski
-
Dövlət qurumu 448,5 min manata “LEXUS“ aldı - Rəhbəri Nəbiyevdir + FOTO
-
Belçika baş nazirinə qarşı sui qəsd: məktubda zəhər...
-
“Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir...“ - Şamaxıda qətl hadisəsi
-
Müdafiə Nazirliyi məlumat yaydı - “Bu proses yanvarın 11-dək davam edəcək“
-
“Əliyevin sonuncu sərt bəyanatlarından sonra... “ - Medvedev Paşinyanı ələ saldı
-
Azərbaycanda elektromobillərin şarj cihazları istehsal ediləcək - FOTO
-
“Mən prezidentəm və prezident olacağam” - Zurabişvili
-
“TuranBank”ın təhlükəsizlik sisteminin bərbad olmasından şübhələnirəm“ - ŞİKAYƏT
-
“Xəzər rayonunda narkopriton aşkarlanıb, 13 nəfər saxlanılıb” - DİN
-
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - SİYAHI
-
“Kotirovka kralı“ “Ofis.A.M.“ - 1 ildə 331 satınalma müqaviləsi bağlayan şirkət kimindir?
-
Regional təhsil idarəsində kütləvi ixtisar - 18 işçi işdən çıxarıldı
-
Oleq Bakinskini bu şəxs tutdurubmuş - vəkildən sensasion açıqlamalar
-
Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
-
Doğuş əməliyyatında ad gününü qeyd edən mama-ginekoloq Ləman Əliyeva cəzalandırıldı - VİDEO
-
At almağa getmişdi, 15 yaşlı qızı qaçırdı - Daşkəsəndə film kimi hadisə
-
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
-
Vətəndaşı hakimiyyətdən narazı salan kimdir: AYNA, yoxsa “Kapital Bank”?..
-
Arvadını döyərək dalağını partladan şəxs azadlığa buraxıldı - Barışıblar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xüsusi amansızlıqla adam öldürdü, özünü tam təqsirli bildi - Məhkəmə isə cəzadan azad etdi
-
`Azercell` 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
-
İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verdi: “Xəbər bizi son dərəcə sarsıtdı“
-
Bazarda 11 manata ət satılır - Ukraynadan Bakıya necə gəlib çıxıb?
-
Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? - FOTOLAR
-
“Keşlə bazarı“ bu əraziyə köçürülür - VİDEO
-
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - Məhkəmə
-
Bu yollarda elektron tərəzilər var - Siyahı - Video
-
“Putin Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib“ - Peskov
-
Şirkət vergi borcunu ödəmək üçün vəsait axtarır - Əmlak kompleksini satacaq
-
İlqar Mustafayevin həbs müddəti uzadıldı - 2 milyondan çox mənimsəmə
-
Tramp Qrenlandiyanı almaq istəyir - “Reuters”
-
Milli Aerokosmik Agentliyində Natiq Cavadov durğunluğu - Baş direktor Agentliyi məhvə sürükləyir
-
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
-
Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü - Cəzadan azad edildi
-
“Kontakt Home“ keyfiyyətsiz malın dəyişdirilməsindən və qaytarılmasından imtina edib“ - Dövlət Xidməti
-
Memar icra başçısı Taleh Qaraşovu həbsdən necə xilas edib? - MƏHKƏMƏ
-
Bacısını anası və qardaşının gözü qarşısında öldürdü: “Müdirin maşınına minmişdi…”
-
Milyonluq cinayətlə bağlı şikayətə rəsmi cavab - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var
-
Trampın inaqurasiyası üçün toplanan məbləğ rekord həddə çatdı - 170 milyon dollar
-
Avtomobillərlə bağlı bu il bizi hansı tələblər və qiymətlər gözləyir? - Açıqlama
-
Bakıda sökülən məşhur “Şuşa” restoranının yerində bu layihə olacaq - FOTOLAR
-
İlham Əliyev və Ərdoğanın şəkilləri Təbriz küçələrində - Fotolar
-
Vüqar Həşimovun atası dəfn edildi - Fotolar
-
“Onlar külə çevrilib və Gevin istefa verməlidir“ - Tramp
-
Pensiya artımları niyə fevral ayında ödəniləcək? - Deputat açıqladı
-
Türkiyə Ordusu döyüş hazırlığına gətirilib - PKK-ya qarşı əməliyyat başlaya bilər
-
Xaricdə təhsil fırıldağı: “Global STM“ və “Aksaray“ vətəndaşları aldadır
-
Çadda prezident sarayına hücum olub - 19 nəfər ölüb
-
“Azəriqaz” baş direktorunun müavini ağır qəza törətdi - 1 nəfər ölüb
-
Tramp Putinə heç bir güzəşt etməyəcək - Ukrayna üzrə xüsusi nümayəndə
-
“Rəhbərliyə 140 milyon dollar vermişəm“ - Naxçıvan gömrüyünün keçmiş sədri
-
“Zelenski ikinci müddətə prezident olmaq istəyir” - KİV
-
Azəraycanda soğan kəskin bahalaşdı - VİDEO
-
Whatsapp işlədənlərə xəbərdarlıq - 30 manatdan 80 manata qədər…
-
Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı
-
Minimum əməkhaqqı yüksəldi: Maaşlar nə qədər artacaq?
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Ronaldu klubunu dəyişməyə qərar verdi - Messiyə görə
-
“İsraillə “HƏMAS” atəşkəs və girovlarla bağlı razılaşmaya yaxındır“ - Blinken
-
Azərbaycanda sürüşmə sahələrində aktivlik - VİDEO
-
Həkim əməliyyat zamanı doğum gününü qeyd etdi - Araşıdrma başladı
-
Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü - Zaqatalada
-
Azərbaycanda çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ - VİDEO
-
Məşhur “Şuşa“ restoranının sökülür - Qeyri-qanuni tikildiyi açıqlandı + VİDEO
-
“Ermənistanın beynəlxalq hüquqdan danışması absurddur“ - Bakıdan Mirzoyanın cavabı verildi
-
“Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir“ - Tokayev
-
AZAL Rusiyanın Kazan şəhərinə bütün uçuşları dayandırdı
-
Ərdoğan İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Avropa İttifaqından Trampın Qrelandiya iddiasına sərt cavab - “İmkan vermərik!...”
-
Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib - FOTOLAR
-
Netanyahunun məşhur muzeydəki heykəlini çəkiclədilər - Video
-
133 milyon sərvəti var, evsiz qalıb - Klubun bazasında yaşayır
-
Zaporojeyə hava hücum - 13 ölü, 30 yaralı
-
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ - Ağır formalı infeksiyalar...
-
Azərbaycanda Ramazan ayı bu tarixdə BAŞLAYIR
-
“Xalq Bank“ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər
-
Bakının bu küçəsində sürət həddi dəyişdirildi - Sürücülərin nəzərinə!
-
Azərbaycanda boşanma və alimentlə bağlı mühüm qərar – YENİ QAYDALAR AÇIQLANDI
-
Sabiq xidmət rəisi hakim qarşısına çıxarıldı - Mənimsəmə işi üzrə proses başlayıb
-
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - YENİ TƏYİNAT
-
AÇG və “Şahdəniz”dən əldə olunan gəlirlər azalıb - Rəqəmlər
-
Səma Qasımova 5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır - FOTO
-
Təyyarədə qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi - Dəyşiklik
-
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - MƏHKƏMƏ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır
-
“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə yoxdur“ - Mirzoyan
-
Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum oldu - Fotolar
-
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
-
Prezident İran rəsmilərini qəbul etdi - Fotolar
-
Binəqədidə vətəndaşlar liftdə qaldı - VİDEO
-
İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yeniləndi - VİDEO
-
Daha bir idmançı barəsində qərar verilib - DSX mayoruna hücum etmişdi
-
Bakının bu ərazilərində mənzillər kəskin bahalaşacaq - Açıqlama
-
“Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi“ - “Qarabağ“ rəsmisi
-
Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - Müzakirə
-
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı - Məhkəmə prosesi
-
Kamran Əliyev özünə iki köməkçi götürüb - Baş Prokurorluqda təyinatlar
-
Tiktoker “Nurdan“ həbs edildi - Narkotik ittihamı ilə
-
Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə tikilə bilər - FOTO
-
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - Məhkəmə
-
Azərbaycanda yeni kredit qaydaları: Kimlər ala biləcək?
-
“Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir“ - VİDEO
-
Bakı Eritreyaya nota verdi: Girovların 18-i Azərbaycan vətəndaşıdır
-
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana GƏLDİ
-
“Mask ağlını itirir” - “Bu, ABŞ üçün təhlükəlidir”
-
“Kanalın hər metri bizimdir” - Panamadan Trampa sərt cavab
-
Əlviz Qasımovun Respublika Klinik Xəstəxanasında “travmalı“ idarəçiliyi...
-
Yaşayış binasında köməksiz qalan yeniyetmə xilas edildi - VİDEO
-
Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib - RƏSMİ
-
Rusiyada neft bazası PUA ilə vuruldu - VİDEO
-
Ölkəyə 41 qızıl külçə keçirən məmurun - Fotosu
-
İranda yeni radar: qonşu ölkələrin səmasını müşahidə edə biləcək
TOP 10
ARXİV