Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Neft Fondu aktivlərini satıb büdcəyə yönəldib” – Qubad İbadoğlu

Tarix 05.04.20, 12:46

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət Neft Fondundan (DNF) büdcəyə köçürülən vəsaitin 31,66 faizini Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib”.

Bunu “AzPolitika.info”-ya açıqlamasında tanınmış iqtisadçı Qubad İbadoğlu Maliyyə Nazirliyinin birinci rübün nəticələri ilə bağlı təqdim etdiyi göstəriciləri şərh edərkən bildirib.

Xatırladaq ki, Nazirliyin açıqlamasına görə, bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 milyon manat, xərcləri 5 254,8 milyon manat olub. Birinci rübdə dövlət büdcəsinin mədaxilinin 32,5 faizi və yaxud 2 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

Q. İbadoğlunun sözlərinə görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 631 milyon manat vəsait transfert edilib ki, bu da mədaxilin 59,3 faizini təşkil edib: “Dövr ərzində DNF-dən dövlət büdcəsinə transfer proqnoza nisbətən 1 793,5 milyon manat və ya 1,6 dəfə çox olub. DNF-dən büdcəyə köçürülən vəsaitin 61,34 faizini Fondun I rüb üzrə cari gəlirləri, 31,66 faizini isə Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib”.

Ekspert vurğulayıb ki, əslində hələ böhran başlamış Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur. Dövlət büdcəsinin xərclərinə gəlincə, Qubad İbadoğlu onun 48 faizi və ya 2 519,8 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldiliyini qeyd edib: “Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 milyon manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 milyon manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 milyon manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Aprel ayının 1-ə dövlət büdcəsində 2 556,1 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması əsasən dövlət büdcəsinə DNF-dən proqnozdan artıq 1 793,5 milyon manat vəsaitin köçürülməsi hesabına olub”.



Xəbərin oxunma sayı : 658




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap