Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İnstagramda tanış olduqları qızı şantaj edənlər hakim qarşısında

Tarix 04.07.18, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Qıza qarşı hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Abbasov dindirilib.

Şəhriyar Abbasov qeyd edib ki, onun bu işdə heç bir təqsiri yoxdur: “Biz tutulan zaman qız məni tanımadığını deyib. Amma burda yazılıb ki, guya mən hakkerəm. Mənim təhsilim isə natamamdır. Digər təqsirləndirilən Samir İsmayılzadə isə dayımoğludur. Onunla aramızda heç bir problemimiz yoxdur. Samir də telefon vasitəsi ilə qızdan nəsə şəkil istəyib. Qız onun tanışı olub”

Zərərçəkmiş A.D (ad şərtidir) isə bildirib ki, Şəhriyar yalan danışır: “Şəhriyar Samirlə “Azadlıq” metrosunun yaxınlığında mənimlə görüşdü. Özünü mənə hakker kimi təqdim etdi. Bildirdi ki, Samirin telefonundan mənim şəkillərimi götürüb, qarşılığında pul istədi. Hələ Samir “vatsap”ıma səs də atıb”.

Ş.Abbasov isə qızın yalan danışdığını və onunla görüşmədiyini vurğulayıb. S.İsmayılzadə isə qızdan 4 min 500 manat pul aldığını bildirib.

Zərərçəkmiş isə həmin şəxslərə 13 min manata yaxın pul verdiyini söyləyib.

Prosesdə S.İsmayılzadə etiraf edərək deyib ki, bu işi qohumu Ş.Abbasov edib, sadəcə məlumatı olub xəbər verməyib: “Həmin puldan Şəhriyar da götürdü”.

Məhkəmə iyulun 11-nə davam edəcək.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayev (ad və soyad şərti) “İnstaqram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Ş.Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından ümumilikdən 13 min manata yaxın pul alıb

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 208




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap