Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Palata və ADIF bir-birinin işini ört-basdır edir” –Ekspertdən sərt ittihamlar

Tarix 11.06.19, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


““Bank Standard” QSC-nin ləğv edilməsinə başlanandan onun bir dənə də olsun əmlakı satılmayıb”.

Bunu Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Bank Standard”a məxsus əmlakların saxlanılmasına rübdə 40 min manat, yəni ildə 160 min manat sərf edir.

“Ümumilikdə, Bankın ləğv prosesinə ildə 3 milyon manat xərclənir. Bəzən mənə deyirlər ki, “Bank Standard”ın əmlaklarının satılması üçün sədrlikdən çıxmağımı gözləyirlər”, – deyə o qeyd edib.

Ə.Həsənov ADIF-ə qarşı əlavə ittihamlar da səsləndirib: “Kreditorlar Komitəsi “Bank Standard”ın bu ilin I rübünün yekunu üzrə maliyyə hesabatını əldə etmək üçün Fonda müraciət edib. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin imzası ilə daxil olan məktubda bildirilir ki, hesabat məhkəməyə təsdiq üçün göndərilib və təsdiqləndikdən sonra Komitə onu məhkəmədən əldə edə bilər. Bankdakı əmanətçilərin pullarının qaytarılmamasına əsas maneə ADIF-dir. Mən sizi buna əmin edirəm və deyirəm ki, pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”.

Hüquqşünas bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasını da ittiham edib: “Palata və ADIF bir-birinin işini ört-basdır edir”.

Ə.Həsənov Kreditorlar Komitəsi daxilində də problemlərin olduğunu və bu səbəbdən istefa vermək istədiyini də qeyd edib: “Bəzi kreditorlar mənimlə birgə prezidentə göndərilən imza atıb, amma digər tərəfdən müxalifət liderlərinə müraciət edirlər. Onlar da mənə zəng edib görüş istəyirlər. Təbii ki, mən belə görüşlərə getmirəm.

Üstəlik, son zamanlar görürəm ki, aramızda fikir ayrılığı yaranıb. Kimsə kimisə bəyənmir, Bu isə işimizə mane olur. Biz bir olmalıyıq. Aranıza nifaq salanlar Komitənin ləğv olunmasını istəyirlər”.

Report



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap