Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Qalatasaray“ və “Fənərbaxça“ya ağır cəzalar: Terim 7 oyun...

Tarix 09.11.18, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Futbol Federasiyanın (TFF) Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın XI turunda baş tutan "Qalatasaray" - "Fənərbaxça" oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, komitə meydan sahiblərinə ağır cəzalar verib. Belə ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim 7 oyunluq cəzalanıb, 65 min lirə cərimə olunub. Baş məşqçinin köməkçisi Hasan Şaşın cəzası 8 oyun olub. Ona 20 min 800 lirə cərimə kəsilib.

TFF "Qalatasaray"dan 4 futbolçunu da cəzalandırıb. Belə ki, Badu Ndiaye 5 oyun (13 min lirə cərimə), Rayan Donk 6 oyuun (7 min 800 lirə cərimə), Harri Rodrigez 3 oyun (7 min 800 lirə cərimə) cəza alıb. Mariano isə 5 min lirə cərimələnib.

İntizam Komitəsinə verilmiş "Qalatasaray"ın prezidenti Mustafa Çingiz cəzalanmayıb. Klubun vitse-prezidenti Abdurrahim Albayraka isə xəbərdarlıq edilib.

"Fənərbaxça"dan isə iki futbolçu cəzalanıb. Belə ki, Roberto Soldado 6 oyun (15 min 600 lirə cərimə), Jailson isə 8 oyun (20 min 800 lirə cərimə) cəza alıb.

Bundan başqa "Qalatasaray" azarkeşlərinin səbəb olduğu olaylara görə 60 min lirə, pilləkən boşluqlarınının boş saxlanılmaması səbəbindən 25 min lirə, "Fənərbaxça" isə komanda şəkilində idmançıya yaraşmayan hərəkətlərə görə 12 min lirə cərimə edilib.



Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap