Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

"Qarabağ" ÇL-in pley-offunda - Rəqibi də bəllidir

Tarix 09.08.22, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməsə də (1:1), Budapeştin "Groupama Arena" stadionunda keçirilən görüş Azərbaycan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

"Ferentsvaroş" isə yoluna Avropa Liqasında davam edəcək. Macarıstan təmsilçisi pley-offda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. İrlanidyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Ağdam klubu ÇL-in pley-off mərhələsində məğlub olarsa, UEFA Avropa Liqasında qrup mərhələsində çıxış edəcək. 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3 
Qollar: Adama Traore, 86 -  Abdullah Zubir, 7, İbrahima Vadji, 54, 78

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş
Baş məşqçi: Stanislav Çerçesov

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)

VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva

Budapeşt, "Groupama Arena"



Xəbərin oxunma sayı : 610




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap