Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir - CNN

Tarix 03.04.26, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və İsrailin hücumlarına baxmayaraq, İranın raket buraxılışlarının təxminən yarısı və minlərlə dron hələ də işlək vəziyyətdədir.

Bu barədə CNN telekanalı ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadla məlumat yayıb.

“Son kəşfiyyat qiymətləndirmələrinə əsasən, İranın raket buraxılış qurğularının təxminən yarısı salamat qalıb. Son beş həftə ərzində ABŞ və İsrail tərəfindən hərbi hədəflərə gündəlik zərbələr endirilməsinə baxmayaraq, İranın arsenalında minlərlə kamikadze dron qalır”, — deyə telekanal bildirir.

Nəşr qeyd edir ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan buraxılış qurğuları da daxil edilə bilər. Bunlara, məsələn, zərbələr nəticəsində torpaq altında qalan, lakin tam məhv edilməmiş sistemlər aiddir.

Mənbələrin sözlərinə görə, ölkənin ümumi pilotsuz uçuş aparatı potensialının təxminən 50 faizini təşkil edən minlərlə dron hələ də mövcuddur.

Son günlərdə toplanmış kəşfiyyat məlumatlarına əsasən, İranın sahil müdafiəsi üçün nəzərdə tutulmuş kruiz raketlərinin əksəriyyəti də salamat qalıb. CNN bildirir ki, bu raketlər İrana Hörmüz boğazı ərazisində gəmiçiliyi təhdid etmək imkanı verir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın başlanğıcından bəri ABŞ-İsrail zərbələri nəticəsində İranın raket və pilotsuz uçuş aparatlarının buraxılış imkanlarının “əhəmiyyətli dərəcədə azaldığını” bildirmişdi. (AZƏRTAC)



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap