Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Söhbət zamanı dedi, daha yaxşı şəkillərini göndər...“ – Ailəli qadına intim şantaj

Tarix 29.12.18, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Samir İsmayılzadə və Şəhriyar Abbasovun apelyasiya şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Abbasov 8 il, Samir İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) İnstaqram sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını əldə edib. O, həmin foto və video ilə qadını şantaj edib.

Samir ismayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.

İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadına həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Samir İsmayılzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Əfsanə Məmmədova ilə İnstaqram sosial şəbəkəsində tanış olub. Danışıqlar zamanı Əfsanə Məmmədovadan şəkilini görməyini istəyib: “Əfsanə də mənə üç şəkilini göndərdi. Növbəti günlərdə görüntülü danışarkən onun şəkillərini çəkdim. Sonra həmin foto və videolarla Əfsanəyə hədə-qorxular gəldim, mənimlə görüşməsini tələb etdim. Əfsanə ilə görüşdük, intim əlaqədə olduq”.

Samir İsmayılzadə qeyd edib ki, Əfsanədən şəkilləri silməsi müqabilində pul tələb edib və ondan xeyli miqdarda pul alıb.

Zərərçəkmiş şəxs qismində ifadə verən Əfsanə Məmmədova deyib ki, Samirlə görüntülü danışdıqları zaman fotolarını çəkib və daha sonra həmin fotoları onun özünə göndərib: “Danışıq zamanı Samir dedi ki, mümkünsə, səni bir qədər yaxşı görmək istəyirəm. Bundan bir müddət keçdikdən sonra bu adam məni qorxutmağa başladı.

Mənə danışdığımız zaman çəkdiyi şəkilləri atdı. Dedi ki, bu şəkilləri sənin yaxınlarına atacam. Bunu etməməyi üçün məndən pul verməsini tələb etdi. Onun tələb etdiyi pulun olmadığı üçün polisə şikayət etmək məcburiyyətində qaldım”.



Xəbərin oxunma sayı : 856




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap