Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Senat Trampın İran üzrə səlahiyyətini məhdudlaşdırmaq istəyir” - “Politico”

Tarix 13.02.20, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatların aparılması səlahiyyətlərinin məhdudlaşdırılması üzrə qətnaməni bəyənmək niyyətindədir.

Bu barədə “Report” “Politico” nəşrina istinadən xəbər verir.

Nəşr bildirib ki, artıq bunun üçün respublikaçıların da lazımi miqdarda səsi var.

“Hərçənd bu təşəbbüs Trampın ehtimal edilən vetosunu ləğv etmək üçün çətin ki, kifayət qədər dəstək alacaq, bununla belə onun Senatda gözlənilən keçidi Konqresin prezidentin icra hakimiyyətini cilovlamağa nadir cəhdini təsvir edir”, – “Politico” nəşri bildirib.

Nəşr qeyd edib ki, demokratların 47 səsində əlavə qətnaməni respublikaçılar – Syuzan Kollinz, Tod Yanq, Mayk Li, Rend Pol, Djerri Moran da dəstəkləmək niyyətindədir.

Sənəd demokrat Tim Keyn tərəfindən müzakirəyə çıxarılıb. Qətnamənin mətni Trampı İrana qarşı yönəldilmiş bütün düşmən hərəkətlərini 30 gün ərzində qurtarmaq öhdəliyi qarşısında qoyur.

Daha əvvəl ABŞ Nümayəndələr Palatası da analoji qətnaməni qəbul edib. Lakin sənədin qanuni qüvvəsi yoxdur. Senat tərəfindən baxılan sənəd isə struktur və mətn üzrə fərqlənir. Bununla belə, onun da aqibətinin müvəffəqiyyətlə nəticələnəcəyi inandırıcı görünmür. Çünki Tramp sənədi bəyənmək niyyətində deyil. O, artıq qətnaməni tənqid edib.




Xəbərin oxunma sayı : 712




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap