Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İsrailin Kürdüstanı niyə dəstəklədiyi üzə çıxdı:“İran buradan dinlənilib, sui-qəsd əməliyyatları buradan koordinasiya edilib...“

Tarix 26.09.17, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Sərdar Turqut

“Gazete Habertürk”, Türkiyə


İraqın indi referendum keçirilən bölgəsini içərisinə alan “Böyük Kürdüstan” xəritəsini Vaşinqtonda yəhudi əsilli neokonlar cızmışdı. Bu hadisəni izləməyə başladığım 1993-cü ildə gördüyüm xəritə, təbii ki, bir İsrail layihəsi idi. Xəritədə Türkiyəni də narahat edə biləcək yönlər vardı, amma xəritənin Türkiyəni narahat edəcək şəkildə istifadəsinə uzun müddət faktiki olaraq girişilmədi.

2011-ci ildə Suriya siyasəti məsələsində ABŞ-la Türkiyənin münasibətləri pozulmağa başlayan kimi, xəritə bu yönü ilə də, yəni Türkiyə əleyhinə olan hissəsilə də istifadə olunmağa başladı.

Buna görə də İsrailin bu gün həm referendumu, həm də müstəqillik fikrini açıq və güclü bir şəkildə dəstəkləməsi təəccüblü deyil.

 
Bu siyasətin səbəbi


Vaşinqtondakı həmin dairələrin içindəki bir mənbə İsrailin bu siyasətinin səbəbləri haqqında bu məlumatları verdi:

– birincisi, İsrail müstəqil Kürdüstanın İranın regionda artmaqda olan gücünə qarşı istifadə olunacaq ən yaxşı silah olacağını;

– ikincisi, müstəqillik olmasa belə, hətta bu fikrin müzakirə olunmasının regionda sabitsizlik yaradacağını, bu şəraiti də öz xeyrinə istifadə edə biləcəyini düşünür.

Yəni, bu dairələr düşünür ki, “Müstəqillik olsa da, olmasa da İsrailin xeyrinədir”.

Şimali İraq Kürdüstan regionunun, İsrailin İrana qarşı istifadə edə biləcəyi çox təsirli bir baza olacağı indidən bəllidir.

 
Casusluq fəaliyyəti bu bölgədən aparılır

 
Mənə verilən məlumatlara görə, İsrail:

– İranda kəşfiyyat aparmaq üçün istifadə etdiyi bütün pilotsuz hava aparatlarının uçuşlarını Şimali İraq Kürdüstan bölgəsindən koordinasiya edirmiş;

– İranı dinləmə əməliyyatlarını bu bölgədən həyata keçirimiş;

– İranın daxilində reallaşdırdığı sui-qəsd kimi həssas əməliyyatları da buradan idarə edirmiş (Daha öncə İranın nüvə proqramı üzərində çalışan elm adamlarının sui-qəsdlə öldürülməsi əməliyyatının da buradan koordinasiya edildiyi deyilir);

– həmçinin, İrandakı kürdləri hakimiyyətə qarşı qızışdırma və İran hakimiyyətini sabitsizləşdirmə əməliyyatlarını da bu bölgədən aparırmış.

Vaşinqtonda deyirlər ki, “Bu anda durum belədirsə, bir gün müstəqillik elan edilərsə, İsrailin bütün bu fəaliyyətlərini daha da yüksək səviyyəyə çıxaracağını düşünməmək üçün bir səbəb yoxdur".

 
Yəhudilər ABŞ-da kürd festivalı keçirir



Bu gün axşamüstü, saat 18.15-də Vaşinqtonda keçiriləcək Yəhudi Film Festivalı çərçivəsində Bernard-Henri Levinin çəkdiyi “Peşmərgə və Mosul Müharibəsi” adlı sənədli film göstəriləcək.

Festivalda mədəni dairələrdə çox təsirli olan yazıçı Leon Wieseltier ilə Bernard-Henri Levi filmlər haqqında müzakirə də təşkil edəcəklər. Festivalın PR kampaniyasını isə buradakı kürd dairələri öz üzərlərinə götürüblər.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 850




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap