“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ÜST həyacan təbili çalır - “Oktyabr və noyabr aylarında...“

Tarix 14.09.20, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib. 

APA-nın "France Presse"agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib. "Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında biz daha çox ölüm halları görəcəyik", Hans Kluqe bildirib.

ÜST rəsmisi deyib ki, yoluxma hallarındakı artım günlük ölümlərin də artımına səbəb olacaq: "Mən anlayıram ki, indiki məqamda ölkələr pis xəbər eşitmək istəmir. Mən pozitiv mesaj göndərmək istərdim ki, bu pandemiya bitəcək. Tez-tez eşidirəm ki, peyvənd pandemiyanı sonlandıracaq Təbii ki, bu, belə deyil. Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə texniki-maddi baxımdan bir kabus olacaq! Pandemiyanın sonu bir cəmiyyət olaraq bu pandemiya ilə necə yaşamağı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır". Qeyd edək ki, bu gün və sabah ÜST-ə üzv 55 Avropa ölkəsi koronavirusla bağlı virtual müzakirə keçirəcək və 5 illik strategiya barədə razılığa gələcəklər.



Xəbərin oxunma sayı : 832




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap