Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sumqayıtda su pulu yığanı bıçaqladılar:“Sənə dedim axı, bu qapını döymə!”

Tarix 23.06.18, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin 42-ci məhəlləsində olub. Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

“Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib”.

İdarədən A.Balayevin hazırda vəziyyətinin normal olduğu qeyd olunub:

“O, dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq”.

Faktla bağlı araşdırma aparılır. (Report)



Xəbərin oxunma sayı : 559




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap