Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO
Axtar
 
  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

  • / Maqazin / — 14 Oktyabr 2019

    Nura Suri sinə hissəsini paylaşdı - FOTO

“Təmiz Binəqədi”: palçıqlı yollar, üfunət...

Tarix 02.12.19, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 42 ünvanında yerləşən məhəllə illərdir ki, aidiyyǝti qurumların biganǝliyi üzündən baxımsız vǝziyyǝtdǝdir. 

Məhəllədaxili yollar asfatsız və palçıqlıdır, məhəlləyə gedən yolda isə asfalt örtüyü olsa da, suyun altında qalıb.

Sakinlər küçəyə çıxanda ayaqlarına sellofan bağlamalı olurlar. 

"Fǝsil dǝyişǝndǝ suyun içindǝ qalırıq"

Məhəllə sakini Əli Alıyev Toplum.Tv-yə deyir, imkanı olan qapısınadək asfalt tökdürüb, qalanı ayağına sellofan bağlayıb gəzir.


Sakin danışır: "Uzun illǝrdir ki, burda yaşayırıq. Fǝsil dǝyişǝndǝ suyun içindǝ qalırıq. Əsasən də məktəbli uşaqlar əziyyət çəkirlər. Yağışlar ki, başladı, yolu su basır, keçilmǝz vǝziyyǝtǝ düşür, nǝ uşaqla, nǝ böyüklǝ bu yollardan keçmǝk mümkün olur. İşə gedəndə ayaqqabının üstündən sellafon bağlayırıq ki, palçığa batmasın". 

"Mətbuat yazır, aidiyyəti qurumlara deyirik, neçə illərdir ki, döymədiyimiz qapı qalmayıb. Özünüz də görürsünüz ki, mǝhǝllǝdaxili yollar lap bǝrbad vǝziyyǝtdǝdir. Burdan mǝrkǝzi yola çıxmaq üçün palçıq vǝ bataqlıqlardan keçməli oluruq, xeyli vaxt itiririk. Baxın, görün burda necǝ yaşamaq olar? Məhəlləmizin asfaltlanmasını istəyirik. Biz də normal yaşamaq istəyirik", - Əli Alıyev baxımsızlıqdan şikayətlənir. 

Palçıqlı yollar, üfunət və...

Ətraf küçələrdə də demək olar ki, vəziyyət eynidir, yəni mənzərə heç də fərqli deyil, ǝtraf mǝhǝllǝlǝr də suyun altında qalır, yağışlı havalarda palçıqlı olur. 

"Bu əraziyə illərdir ki, kanalizasiya xətti də çəkilməyib. Əhali işlətdiyi suyu torpağa axıdır", - Əli Alıyev deyir. 


Onun sözlərinə görə, yay aylarında isə üfunət ətrafı bürüyür: "Camaat həyətində anbar qazdırır, bir aydan sonra dolub-daşır, üfunət iyi aləmi basır. Yayda çıxırıq ki, bir az həyətdə nəfəs alaq, əksinə, üfunət iyindən qaçıb evə giririk".

İcra Hakimiyyəti: "Problem araşdırılacaq"

Sakinlər deyir ki, Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etsələr də, problemlərini həll edən yoxdur. 



"Şikayət edəndə deyirlər ki, buralar plana düşəcək. Bilmirik nə vaxt plana düşəcək. Düzü, illərdir bu sözü eşidirik, bu ümidlə yaşayırıq”, - sakinlər bildirib. 



Binəqədi Rayon İcra Hakimiyyətininin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev Toplum.Tv-yə bildirib ki, məsələ araşdırılacaq. 




Xəbərin oxunma sayı : 355

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda