Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Tramp müharibəni tez bitirmək istədiyini açıqlayıb“ - Zelenski

Tarix 16.01.25, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp həm ictimaiyyət arasında, həm də qapalı görüşlərdə Ukrayna müharibəsini bitirmək istədiyini açıqlayıb”.

APA-nın “unian“a istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski söyləyib.

O əlavə edib ki, Ağ Evin yeni rəhbərliyinin bu niyyətindən Rusiya prezidenti Vladimir Putin də xəbərdardır. V. Zelenski Rusiyanın ABŞ və Çindən, eləcə də Avropanın birləşməsindən çəkindiyini diqqətə çatdırıb.

Ukrayna lideri eyni zamanda ölkəsinin ordusu olmadan Avropanın Rusiya ilə müharibə apara bilməyəcəyinə işarə vurub:

“Rusiya ordusu Avropa İttifaqı (Aİ) ilə müqayisədə şəxsi heyət və silah-sursat baxımından daha üstündür. Aİ ölkələri sülh şəraitində yaşayır və müharibənin nə olduğunu bilmir. Lakin Rusiyanın bunda təcrübəsi var. Ukrayna ordusu olmadan Aİ-nin qələbə qazanmaq şansı yoxdur. Ukrayna heç bir ölkə üçün işğala və müdafiəyə ehtiyacı olan divar deyil. Əgər bu il ərzində müharibəni dayandırmaq istəyirsinizsə, bunun üçün hər şey etməlisiniz”.

Ukrayna prezidenti həmçinin D. Trampın Rusiyaya təzyiq göstərə biləcəyini deyib.

Zelenskinin toxunduğu növbəti məsələ isə ABŞ və Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı olub: “ABŞ bizim güclü tərəfdaşımızdır. Avropa İttifaqı silah istehsalını artırması hesabına daha da güclənib. Aİ praqmatik olmalı, silah istehsalını artırmalı və Rusiyaya göstərməlidir ki, daha çox silah hazırlayır”.





Xəbərin oxunma sayı : 1192




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap