| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“TURQAY“ MMC-ni Səhiyyə Nazirliyinin tender monopolistinə çevirirlər – İTTİHAM
Tarix 01.07.20, 16:52 |
|
10 il əvvəl AZƏRTAC “Turqay” MMC-nin dövlətə 4 milyard 797,7 milyon manat vergi borcu olduğunu yazıb. Buna baxmayaraq “Turqay” MMC bu gün də Səhiyyə Nazirliyinin ən böyük tenderlərinin qalibi olmaqda davam edir...
Bir vaxtlar dəstəkçisi olanlar, reputasiyası təmiz və şəffaf olmayan "TURQAY" MMC-nin, yenə də, Səhiyyə Nazirliyinin tenderlər monopolisti kimi meydana çıxmasına təkan verirlər.
Bu tikinti şirkətinin bir daha nazirliyin tender əməliyyatlarında baş inhisarçıya çevriləcəyi, "tender kralı" olacağı bildirilir.
Yalnız Masallı Mərkəzi Xəstəxanasına aid 12 milyonluq sensasion tender qalmaqalında, "Turqay"-ın arxasında duranlar, Baş həkim Cəlil Nəzərovla bərabər, bu büdcə pulunun yarıdan çoxunun "dalına keçiblər".

Hökumətin özünün də etirafına görə, ölkənin əksər dövlət strukturu korrupsiyaya bulaşıb və onların rəhbərləri talançılıqla məşğul olmaqdan çəkinmirlər. Hətta ölkənin araşdırmaçı jurnalistləri və bloggerləri də, apardıqları dərin araşdırmalarıyla, korrupsiya ilə məşğul olan belə vəzifə sahiblərinin kimliyini, onların qanunsuz əməllərini üzə çıxara bilirlər. Onlar dövlət büdcəsindən daha çox maliyyə alan Səhiyyə Nazirliyində belə xoşagəlməz halların olmasını da zaman içində üzə çıxararaq, sübut ediblər ki, büdcə hesabına maliyyələşdirilən əksər dövlət strukturlarında olduğu kimi, ölkənin səhiyyə sektorunda da, pullar aidiyyatı üzrə tam olaraq düzgün xərclənmir. Elə, bunun ucbatındandır ki, dövlətin səhiyyə sahəsinə ayırdığı yüksək məbləğdə pulun qarşılığında belə, ölkə səhiyyəsi ciddi problemlər içində çabalayır. Kiçik bir jurnalist araşdırması ilə də, ilkin olaraq, ildə milyonlarla manatlıq bu dövlət pulunun acı taleyinin olduğunu doğrulamaq mümkün olur, sonda isə, səhiyyə sisteminə rəhbərlik edən şəxslərin korrupsiya bataqlığının dərinliklərində ilişib qalmaları ucbatından ölkə səhiyyəsində xaosun hökm sürdüyü göz önünə gətirilir. Məhz buna görədir ki, ağır durumda olan səhiyyə sistemində korrupsiyanın hökm sürdüyü ölkə mətbuatında uzun illərdir əsas müzakirə predmetinə çevrilib. Konkret desək, media, istər paytaxt Bakının və digər iri şəhərlərin, istərsə də bölgələrin səhiyyə sistemlərində mövcud olan xoşagəlməz hallarla, sözügedən nazirliyin qeyri-şəffaf və korrupsiyalaşmış bir dövlət qurumu olduğunu açıq şəkildə ortaya qoya bilib.
Yeyintilərin Səhiyyə Nazirliyinin müəssisələrinin tenderlərlə həyata keçirilən təmir-tikinti işlərində daha çox olmasından, ölkə mətbuatı, təkzibolunmaz faktlara söykənən çox yazılar dərc edib. Buna baxmayaraq, nazirliyin bu önəmli işləri üçün dövlət büdcəsindən ayrılan həmin pul vəsaitlərinin hamısının yox, yalnız bir qisminin paytaxtda və bölgələrdə fəaliyyət göstərən tibbi müəssisələrinin təmir və tikintisinə xərclənməsi, yazılmayan bir qayda olaraq, günü bu günədək davam edir: Göz önündəki ciddi faktlar isə, korrupsiyaya aid qatı cinayətlərin birbaşa sübutudur. Ortadakı saysız-hesabsız bu neqativliklər mediada daim müzakirəyə çıxarılıb, əsaslı olaraq, ciddi tənqid atəşinə tutulsa da, bunun, indiyədək, müsbətə doğru bir nəticəsi olmayıb. Normal və azad rəqabət şəraitində deyil, xoşagəlməz məmur oliqarxiyası mühitində, fəaliyyətləri şübhəli təsir bağışlayan və tikinti sahəsində heç yerdə heç kəsin tanımadığı bir-iki tikinti şirkətinin, böyük bir dövlət qurumunun elan etdiyi çox sayda tenderləri udmaları adi hal kimi davam edib. Təbii ki, hansısa şirkətin normal və azad rəqabət şəraitində, eləcə də məmur oliqarxiyasından uzaq bir mühitdə çoxlu sayda tender qazanmasına adi hal kimi baxmaq olardı. Ancaq Azərbaycan reallıqlarında bu yöndən müəyyən edilən şərtlərin heç birinin olmaması, nüfuzları belə olmayan, hətta qaranlıq məqamlı fəaliyyətləri xoş təsir də bağışlamayan sözügedən həmin bir-iki şirkətin, rəsmi statistik göstəricilərə görə, milyard manatlar dəyərindəki tenderlərdə mütəmadi qalib gəlmələriylə bağlı ciddi şübhələrin yaranmasına əsas verir. Bu şübhələri, son vaxtlar, ölkənin Mədəniyyət Nazirliyində aparılan səs-küylü həbslər və həmin nazirliklə tender müqavilələri bağlayan şirkət rəhbərlərinin istintaqa verdikləri izahat və ifadələri belə daha da gücləndirir.
Araşdırmalar zamanı, Səhiyyə Nazirliyində milyonların necə mənimsənildiyini, yoxa çıxan büdcə pullarının ən çox hara getdiyini araz.az xəbər portalının əməkdaşları da müəyyənləşdirə biliblər. İlkin olaraq, nazirliyin fəaliyyəti ilə bağlı çoxsaylı korrupsiya faktları üzə çıxarmaq əməkdaşlarımıza asan başa gəlməsə də, sonda, onlara məlum olub ki, səhiyyə sistemində dəhşət doğuran mənimsəmə faktları, daha çox, dövlət satınalmaları və tenderlərlə bağlıdır. Əsas korrupsiya mənbəsi isə, nazirlik xətti ilə həyata keçirilən əsaslı tikinti və təmir işləridir. Uzun illər səhiyyə nazirliyinin tibb müəssisələrini, ünvanı və sahibi bilinməyən, eləcə də rəsmi qeydiyyat sənədlərində 10, ya 50 manatlıq tikinti qurumları kimi göstərilən bir-iki eyni şirkətin tikməsi və təmir etməsi, daha doğrusu, onların milyonluq təmir-tikinti tenderləri müsabiqələrinin qalibi olması da ondan xəbər verir ki, bu sahədə korrupsiya ağlasığmaz dərəcədə inkşaf edib. Və burada həyata keçirilən tender əməliyyatlarında dövlətin pullarını havaya sovurmaq heç bir vəzifə sahibini qorxutmayıb.
Maraqlıdır ki, ölkənin digər qurumlarında olduğu kimi, səhiyyə sisteminin hər sahəsinin də öz “tender kralı” var. Bu favoritlərin isə, bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğu yuxarı dairələrdə heç kimə sirr deyil və onu da bilməyən yoxdur ki, səhiyyədə daha çox pul mənimsəmələri həm tibbi inventar, ləvazimat və avadanlıqların satınalınması, həm də səhiyyə müəssisələrinin tikinti və təmiri üzrə təyin olunan tenderlərin icrası zamanı baş verir. Bu yazımız da, Səhiyyə Nazirliyinin tikinti sektoruna aid həmin müəmmalı tender əməliyyatları barəsindədir və təbii ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan külli miqdarda pul vəsaitlərinin təmir və tikinti pərdəsi altında necə havaya sovrulduğunu tam təfsilatı ilə, oxucularımızın diqqətinə çatdırmışıq. Xüsusi olaraq, onu da vurğulamışıq ki, bu yöndən olan təmir-tikinti işlərini davamlı olaraq nazirliyin yüksək vəzifəli şəxslərinə yaxın az sayda tikinti qurumlarının həyata keçirməsi, daha doğrusu, Səhiyyə Nazirliyinin elan etdiyi qiymətli tikinti tenderləri müsabiqələrində, mütəmadi olaraq, ölkədə belə tanınmayan həmin şirkətlərin uzun zaman əsassız üstünlük qazanmalarının qaranlıq çox məqamları var.
Tikinti sahəsindəki hansısa yaxşı işlərinə görə özlərini tanıdıb, nüfuz qazana bilməyən, buna baxmayaraq, iri bir dövlət qurumunun -- Səhiyyə Nazirliyinin rəhbər şəxslərinin dərin rəğbət və böyük etimadlarını qazana bilən həmin tikinti şirkətlərindən biri, elə, birincisi "Turqay" MMC olub. Həmin nazirliyin ümumi dəyəri milyard manatlarla ölçülən tikinti tenderi əməliyyatlarının əksəriyyətində, 2006-cı ildə təsis olunan bu MMC, nə az, nə çox, düz on il özünü qalib şirkətə çevirməyi bacarıb. Amma nə yolla, bax, bu, geniş və sensasion çox yazıların mövzusu olub. Həmin yazılardan açıq-aydın göründüyü kimi, ümumi dəyəri olduqca böyük rəqəmlərlə hesablanan bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmayıb. Çünki həmin yazıların çoxunda, "Turqay” MMC-yə havadarlığı səhiyyə naziri Oqtay Şirəliyevin lap yuxarı dairələrdəki nüfuzlu bir vəzifənin sahibi olan yaxın qohumunun etdiyi dəfələrlə vurğulanıb. Yazılarda qaldırılan iddialara görə, "Turqay"-ın, ölkənin səhiyyə sisteminin tikinti favoritinə çevrilməsində də, onu himayə edən və arxasında möhkəm duran həmin şəxslə, nazirliyin rəhbər şəxsləri arasındakı xoş münasibətlər xüsusi rol oynayıb. Şirkət rəhbərliyi məhz bu havadarının sayəsində uzun müddət milyonluq tenderlərin qalibi ola bilib. Həm də ona görə ki, "Turqay"-ın hesabına köçürülən bütün tender vəsaitlərinin üçdə bir hissəsi nağd şəkildə həmişə nazirliyin rəhbər şəxslərinə çatdırılıb.
Maraqlıdır ki, ortada, indiyədək, mətbuatın bu ciddi iddiasını təkzib edən hansısa bir məlumat belə olmayıb. Bu arxayınçılığa baxmayaraq, təmir-tikinti ilə bağlı nazirliyın elan etdiyi əksər tenderlərdə qalib gələn "Turqay"-ın, bu yöndən olan bütün işləri, uzun zaman, arxasında duranların istəklərinə uyğun olaraq gedib. Say-hesab baxımından götürdükdə, nazirliyin "Turqay"-la bu yöndən bağladığı müqavilələrinin sayı və dəyər məbləği də, digər şirkətlərlə müqayisədə çox böyük olub -- bu, o vaxtların müsabiqə reyestrlərinə əsasən də öz təsdiqini tapır!
Səhiyyə Nazirliyindəki etibarlı mənbədən aldığımız son məlumatlara görə, uzun zaman bu nazirliyin elan etdiyi əksər tikinti tenderlərində müəmmalı şəkildə daha çox qalibə çevrilən, hətta dəstəkçisi olan həmin "gizli əlin" qurama oyunu ilə, bir müddət fəaliyyəti dayandırılaraq, meydandan yoxa çıxarılan, üstəlik, elə, onun tərəfindən də, barəsində hər hansı məlumatın ortaya çıxmasına imkan verilməyən, hətta bir ara rəsmi qeydiyyat sənədlərində göstərilən təsisçisinin belə həbs olunduğu deyilən “Turqay” MMC başqa adla yenidən meydana qayıdır. İndiyədək saytımıza verdiyi məlumatlarının dəqiqliyi heç vaxt şübhə doğurmayan mənbəmizin dediklərindən məlum olur ki, "Turqay"-ya əvvəllər hərtərəfli dəstək verən həmin "gizli əl", güclü yeni bir təkanla, -- başqa adla olsa da, -- bu MMC-nin təzədən tender bazarına girməsi üçün çalışır. Yəni ki, o, "Turqay"-yı yenə də Səhiyyə Nazirliyinin "tender kralı"na çevirmək istəyindədir. Müəmmalı və qalmaqallı bu tikinti şirkəti rəhbərinin üzə çıxmasından sonra, hətta, nazirliyin bu işə məsul şəxsi də "Turqay"la bağlı yeni qərar qəbul edib və sahibinə ciddi tapşırıq verib ki, bundan sonra Səhiyyə Nazirliyinin yüksək dəyərli tenderlərini udması üçün, "Turqay" MMC-nin aktivləri əsasında, yeni bir tikinti qurumu təsis etsin.
Göründüyü kimi, bu, aldığımız son məlumatda daha çox maraq doğuran məqamların ən başlıcasıdır. Elə, bu və bu kimi digər ilginc məlumatlar da, təkrar bu mövzuya qayıtmağımızın başlıca səbəbidir.
Xatırladaq ki, uzun zaman ölkənin səhiyyə sektorunda tender əməliyyatlarının baş inhisarçısı kimi adı keçərək, meydanda olan “Turqay” MMC-nin təsisçisi rəsmi qeydiyyat sənədlərində Tamerlan Yəhya oğlu Abbasov kimi göstərilib. Hətta, o, bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb və Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 213.4 maddəsi ilə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Amma həbs müddəti bitər-bitməz, Tamerlan Abbasova dəstək verən həmin "gizli əl" onun təzədən tender bazarına girməsinə təkan verib. Beləcə, o,
məhkumluq həyatı yaşasa da, yenidən fəaliyyətini davam etdirib.
Ortadakı iddialara görə, Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərin əksəriyyətində müəmmalı şəkildə qalib elan olunan və tenderlər monopolisti adı qazanan “Turqay” MMC barəsindəki bu cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda ictimaiyyətə səhih məlumat da verilməyib. Amma “Turqay”-ın gördüyü qanunsuz işlərlə bağlı cinayət işinin açılması barədə məlumat yayan mətbu qaynaqlar, bu tikinti şirkətinin başı üzərində “qara buludlar” dolaşdığını, üzünün güldüyü günlərin çox çəkmədiyini və barəsində istintaq aparıldığını dönə-dönə iddia ediblər. Bildiriblər ki, cinayət işinin başlanmasını belə təxmin etmək olar ki, hansısa vergidən yayınma, mənimsəmə şübhələri var və istintaq təftiş etməkdədir; Vaxtından əvvəl azadlığa çıxsa da, bu halda Tamerlan Abbasovun üçün həbsxana qapılarının üzü yenidən görünməyə başlayır.
Elə, müəmmalı "Turqay" MMC üçün gərgin keçən həmin vaxtlar, media, milyonlarla manatlıq tenderlərin əsas iştirakçısı və qalibi olan, lakin rəhbərliyi haqqında hər hansı bir məlumatın ortaya çıxmasına imkan verilməyən bu tikinti qurumunun əsl sahibinin kim olduğunu ortaya çıxara bildi. Məlum oldu ki, həmin şəxs Rafət Orucovdur və o, nazirliyin tender əməliyyatlarına məsul yüksək vəzifə sahibləri ilə bərabər, həmin "tender oyunlarında" dövləti "soğan kimi soymaqdan" çəkinmirlər. Bunun təsdiqi kimi, yalnız üç tender əməliyyatındakı külli miqdarda mənimsəmələri misal göstərmək kifayətdir.
Hətta həmin əməliyyatlardan biri -- Masallı Mərkəzi Xəstəxanasındakı 12 milyonluq "tender oyunu" daha sensasion və qalmaqallı olub. "Turqay"-ın arxasında duranlar, rayon səhiyyəsinin və xəstəxananın rəhbəri Cəlil Nəzərovla birləşərək, bu dövlət vəsaitinin yarıdan çoxunun "dalına keçiblər". Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün ayrılan 11 milyon 933 min manat və Quba Mərkəzi Xəstəxanasının təmiri üçün nəzərdə tutulan 11 milyon 120 min manat büdcə pulları da, eyni acı taleyi yaşayıblar. Ümumiyyətlə, yalnız bir neçə ildə nazirliyin 5 milyard manata yaxın vəsaitini əhatə edən tenderlərinin qalibi elan olunan və dövlət satınalmalarının da həvalə olunduğu bu tikinti şirkətinin rəsmi internet ünvanı belə olmayıb.
Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəsinə buraxılması isə, kifayət qədər riskli addımlardır və bunun acı nəticəsi göz qabağındadır -- “Turqay” MMC-nin arxasında duranların səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın əlaqələri və yaxşı münasibətləri ucbatından, dövlət büdcəsindən nazirliyə ayrılan pullar "havaya sovrulur".
Göründüyü kimi, səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanan bu tikinti şirkəti ilə bağlı nə araz.az saytında, nə də ölkənin digər mətbu orqanlarında indiyədək ürəkaçan hər hansı bir məlumat yayılmayıb. Hətta on il öncə ölkənin rəsmi Dövlət Agentliyində -- AZƏRTAC-da da, onun barəsində xüsusi heyrət doğuran yazı dərc edilib. Onda, bu agentlik, Vergilər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ortaya çıxardığı faktlardan bəhs edən məlumat yayıb və bildirib ki, buna görə, 43 cinayət işi başlanıb. Bunun ardınca cinayət törədən şirkətlərin adlarını, vergidən yayındırdıqları məbləğlərin miqdarına görə, siyahıda yuxarıdan aşağıya açıqlayıb. Həmin şirkətlərin siyahısında “Turqay” MMC-nin adı da, öndə olan şirkətlər arasında yazılıb. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ -- 4 milyard 797,7 milyon manat isə, tükləri biz-biz edib. Həqiqətən də, tükürpədici bir rəqəmdir!
İndiyədək mətbuatda gedən bu və bu kimi yazıların qısa xülasəsi də, "Turqay" MMC adına törədilən cinayətlərin dəhşətindən xəbər verir. Xülasəni oxucularımızın diqqətinə də çatdıracağıq.
Mənbə: araz.az
Xəbərin oxunma sayı : 3676
Gündəm
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başlayıb - VİDEO
-
Müəllim də repetitor yanına hazırlığa gedir - VİDEO
-
Paşinyan daha bir rəqibini həbsə göndərir - Sarukyan saxlanıldı
-
Banklar son 5 ildə reklama nə qədər pul xərcləyiblər? - Tam siyahı
-
YAP-da növbəti iclas: Bir neçə rayon təşkilatının sədri dəyişdi
-
Mərdəkanda dənizdə bir ailənin 4 üzvündən ikisi batıb - ADLAR
-
“Ətin bahalaşması idxalın genişlənməsinə gətirib çıxardıb“ - VİDEO
-
Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq - Donald Tramp
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Fermerlər çiyələk bolluğundan şikayət edir: Məhsullar kəskin ucuzlaşıb
-
Dövlət sektorunda çalışanların sayı nə qədər azalıb? - Rayonlar üzrə tam siyahı
-
Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL
-
Vens Trampın mümkün varisi kimi mövqeyini gücləndirir - “Axios“
-
Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası
-
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - VİDEO
-
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi - Sərəncam
-
Ən çox məhsul istehsal edən rayonlarımız - TAM SİYAHI
-
UEFA-dan FIFA-ya sərt etiraz: “Qırmızı xətt keçildi“
-
Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı
-
Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal böyüyür: “Bir sualda iki düz cavab var“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Restoranında ofisant işləyən şəxs həbs edildi
-
Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?
-
“Tramp Putini dinləməyə hazırdır“ - Peskov
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
-
34 min manatlıq naqil oğurlandı - Üç nəfər saxlanıldı
-
Ölkədə bu xəstəliyin qurbanlarının sayı sürətlə artır - Səbəb nədir?
-
NASA rəhbərindən etiraf: Çin ABŞ-ı Ay planeti yarışında qabaqlaya bilər
-
Azərbaycana demoqrafik TƏHLÜKƏ - Çoxuşaqlılar diyarı olmuş bir ölkə...
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
-
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi - Siyahı
-
Konstitusiya Məhkəməsindən qərar: Apellyasiya baxışı ilə bağlı sərhədlər dəqiqləşdirildi
-
Prezident Qoşqar Təhməzliyə yeni müavin təyin etdi - Əli Nəbiyev kimdir?+ DOSYE
-
Azərbaycan yeni aldığı qırıcıları havaya qaldırdı - VİDEO
-
Həbs edilən “Arzum“ ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
-
Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi
-
Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar - SİYAHI
-
Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
-
Alman avtomobil nəhəngləri böhran içində: Təcili tədbir çağırışı
-
Rusiya Kiyevi raket və dronlarla vurdu - 11 ölü,46 yaralı
-
Azərbaycanlıların yeni bahalı dəbi: Bir meyvənin qiyməti 43 manat
-
Şərurda bir ailənin üç üzvü qəzada öldü - Cinayət işi başlanıldı
-
“Qazdıqca altından qəbir çıxır“ - 150 illik bəy evi niyə tərk edilib? (VİDEO)
-
II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
-
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
-
Azərbaycanda şiddətli istilər gözlənilir? - VİDEO
-
Böyük Qayıdış davam edir: Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
-
Norveç Braziliyanı, İngiltərə Meksikanı DÇ-dən kənarlaşdırdı - İcmallar
-
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisə
-
Çağatay Ulusoy sevgilisi ilə toyda - FOTOLAR
-
Zəngləri siz deyil, telefonunuz cavablandıracaq: Nokia-dan sürpriz
-
Şəkidə qoruq ərazisinə daxil olan yol dağılıb - VİDEO
-
Yasamalda ağacların qanunsuz kəsildiyi iddia edilir - VIDEO
-
“Borussiya Dortmund“un sabiq fotbolçusu rəsmən “Qarabağ“da - FOTO
-
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
-
Azərbaycanın zəlzələ risk xəritələri hazırlanıb - VİDEO
-
Britaniya ordusunda qalmaqal - Məxfi sənədlər zibil qutusundan tapıldı
-
Messi yenidən tarix yaza bilər: “Qızıl top“ üçün əsas favorit göstərildi
-
Yaşıl çayın qaraciyərə gözlənilməz təsiri: Həkimlər nə deyir?
-
Bəzi avtomobillər niyə həftələrdir satılmır? - Maşın bazarından reportaj
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Kameranı görüb qaçdılar: Nizami Tibb Mərkəzində nə baş verir?
-
Avropa İttifaqı ilə münasibətlərdə yaranan yeni dinamika Azərbaycanın etibarlı tərəfdaş imicinin təsdiqidir
-
OPEC-də razılıq əldə edildi - Neft hasilatını artıracaqlar
-
Mexikoda görünməmiş təhlükəsizlik tədbirləri: Bir oyuna 7,5 min polis nəzarət edəcək
-
İsrail ordusunun döyüş sursatı 10 günə tükənə bilər - Liberman
-
“ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər“ - Tramp
-
“Gözlənilən nəticəni vermədi“ - Mövsümi meyvələr niyə bahalaşdı?
-
“Müharibəyə son qoymaq üçün real perspektiv var“ - Zelenski
-
Telefona baxdığına görə qəza törətdi - Həm özü, həm də sərnişin öldü
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Azərbaycanın, həm də Avropanın iqtisadi və siyasi maraqlarına mühüm töhfə
-
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində rekord artım
-
İranda dövlətə nəzarət praqmatik qruplaşmaya keçib - Kimlər var?
-
Alış-verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər
-
Sabah Bakıda 34 dərəcə isti olacaq - PROQNOZ
-
Paşinyan hökuməti təkbaşına qurur - Konstitusiya Məhkəməsi qərarını verdi
-
Qəbul imtahanına telefonla girən 11 nəfər xaric olunub - DİM
-
Avropa ölkələri üçüncü dünya ölkəsinə çevrilir - Tramp
-
Zooparkdan qaçan meymunlar şəhəri bir-birinə qatdı - Fotolar
-
ABŞ və İran yenidən danışıqlar masasına qayıdır: Tarix açıqlandı
-
Xəzərdə suyun səviyyəsi enməkdə davam edir: Bizi nə gözləyir?
-
Regional sülhün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən praktiki addımlar
-
“Milan“dan ulduz futbolçuya yeni təklif: Modriçin qərarı nə olacaq?
-
ABŞ-da anomal istilər - Çoxsaylı ölümlər qeydə alınıb
-
Həkəri çayında 64 yaşlı kişi batıb - Axtarışı davam edir
-
Tikilməkdə olan yol və körpünü su basıb, iş dayanıb - VİDEO
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur - AZAL
-
İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO
-
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
-
NATO sammiti ərəfəsində mühüm zəng: Tramp və Putin nələri müzakirə etdilər?
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - VİDEO
-
DÇ-2026: 1/8 finalın bütün cütləri və oyun vaxtları - TƏQVİM
-
Müdafiə Nazirliyindən çağırış - Hərbçilərə telefonla neqativ xəbər ötürməyin
-
Yasamalda partlayış - Ölən və yaralananlar var
-
Enerji içkilərinin gizli təhlükələri: Dişlərdən ürəyə qədər risklər
-
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
-
İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
-
Selin dağıtdığı körpü kəndləri çətin vəziyyətdə qoyub - VİDEO
-
Mark Zukerberq süni intellektə yatırımları artırır - “Reuters“
-
Rusiya Sumı şəhərini bombalayıb - Ölənlər var
-
Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO
-
Sığorta ödənişi ilə bağlı yenilik - VİDEO
-
Biləcəridə avtobus dayanacağı zəbt olunub - VİDEO
-
Argentina və Kolumbiya 1/8 finalda - İCMAL
-
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Qarabağ“ daha bir transferi açıqladı - VİDEO
-
Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi
-
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
-
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı
-
Magistraturada yenə 99 bal topladı: “Bu nəticəni gözləyirdim“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”
-
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
-
Özəl klinikalarda yoxlama aparılıb - 14 tibb müəssisəsi cərimələnib
TOP 10
ARXİV






