Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Ukrayna heç bir ölkədə seçki prosesinə təsir göstərmək istəmir” – Zelenski

Tarix 01.06.20, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və Ukraynanın sabiq prezidenti Petro Poroşenko arasında baş tutan telefon danışığının ötən ay mətbuata sızdırılmasında iştirakı ilə bağlı fikirlərin doğru olmadığını bildirib.

V. Zelenski “Skype” vasitəsilə Britaniyanın “Telegraph” nəşrinə müsahibəsində deyib ki, bu qalmaqalın Ukraynanın ABŞ-la strateji müttəfiqliyini pozmasını arzulamır.

“Niyə Ukraynanı yenidən bu məsələyə çəkmək lazımdır? İndi həm ABŞ Konqresi, həm də Senatla ikitərəfli yaxşı əlaqələrimiz var və onlar bizə dəstək verir. Həmçinin ABŞ Prezidenti bizi dəstəkləyir. Bu səsyazmalar prioritet deyil. Ukrayna heç bir ölkədə daxili və xarici siyasi vəziyyətə və ya seçki prosesinə təsir göstərmək istəmir. Biz müstəqil dövlətik. Amerika Birləşmiş Ştatları müstəqil bir ölkədir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski C. Bayden və P. Poroşenko arasında telefon danışığının təfərrüatı haqda məlumatsız olduğunu bildirib.

“Məni maraqlandıran yeganə məqam budur ki, necə olub Ukrayna prezidentinin ofisini dinləmək və lentə almaq mümkün olub”, – deyə o qeyd edib.

Qeyd edək ki, P. Poroşenko bu səs yazmaların mediaya sızdırılmasında V. Zelenskinin rolu olduğunu bildirib.

Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Giuliani ilə yaxın əlaqələri olan ukraynalı deputat Andrii Derkaç 2015-ci ildə Bayden və Poroşenko arasında baş tutan telefon danışığını stenoqramını dərc edib. 

Stenoqramdan aydın olur ki Co Bayden 1 milyon dollar dəstək müqabilində Ukraynanın o zamanı baş prokuroru olmuş Viktor Şokinin vəzifəsindən azad olunmasını istəyib.

Derkaç iddia edib ki, bu səsyazma C. Baydenin P. Poroşenkoya təzyiq göstərdiyini sübut edir. Ukraynalı deputat deyib ki, C. Bayden idarə heyətində öz oğlu Hanter Baydenin olduğu Ukrayna şirkətinə qarşı açılan istintaq işinin dayandırılmasını P. Poroşenkodan istəyib. (apa)



Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap