Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Yeni işğal qaçılmazdır” – “Putin ikinci Krım ssenarisinə hazırlıq görür”

Tarix 25.12.21, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


“Kreml sahibi Vladimir Putinin məntiqinə görə, əgər Rusiya 2014-cü ildə Krımı ilhaq etməsəydi, guya millətçi ukraynalılarla mübarizədə yarımadadakı rusları faciə gözləyəcəkdi və zaman keçdikcə bu ərazidə NATO bazaları yerləşdiriləcəkdi. Buna isə Rusiya yol verə bilməzdi. Halbuki Putinin başlıca məqsədi rus millətçi kəsimin “Krım bizimdir” konsepsiyasının yerinə yetirilməsini təmin etmək idi”.

Bunları politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Putun hazırda eyni yanaşmadan çıxış edərək əmindir ki, Ukraynaya müdaxilə etməyəcəyi halda bu ölkədə ABŞ və ya NATO bazaları və orta mənzilli raketlər yerləşdiriləcək və buna da yol vermək olmaz: “Yəni ikinci Krım ssenarisinə hazırlıq gedir. Qərb ölkələri isə tam tərs mövqedən çıxış edirlər: Ukrayna gücləndirilməsə, bu ölkə Rusiyanın müdaxiləsiylə üzləşəcək və yeni işğal qaçılmazdır. Bu amili elə Putinin özünün dəfələrlə təkrarladığı “Ukrayna süni yaradılan dövlətdir” fikri də gücləndirir”.

V.Putin düşünür ki, Qərb onun hədələyici ritorikasından çəkinərək Kremlin “qırmızı cizgilərini” tanıyacaq, Ukrayna NATO üzvü olmayacaq, bu ölkədə Qərbin hərbi bazaları yerləşdirilməyəcək.

Bəs, Qərb bunları etməsə nə olacaq? Putinin bu variant üçün hazır planı varmı?


E.Şahinoğlu qeyd edir ki, Putin Stalindən güclü deyil, necə ki, indiki Rusiya keçmiş SSRİ-dən güclü deyil. “ABŞ “Soyuq müharibə”nin başlanğıcını qoyan qəddar diktator Stalinin qarşısında geri çəkilmədi, harda mümkündürsə, müqavimət göstərdi, Putinin hədələri qarşısında niyə geri çəkilməlidir? Putin düşünür, necə ki, ABŞ vaxtilə müxtəlif üsullarla SSRİ-ni dağıtdı, Vaşinqtondakı beyin mərkəzlərinin indi də Rusiyanı zəiflətmək və ya parçalamaq üçün planları var. Bəlkə də belə planlar hansısa mərkəzlərdə tərtib olunub. Ancaq elə Kremlin də planı fərqli deyil. Kreml özünü qorumaq üçün Ukraynanı parçalamaq yolunu tutub. Bu baş verəcəyi halda Rusiya özünü qoruya biləcəkmi?” - politoloq sual edir.



Xəbərin oxunma sayı : 1615




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap