Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?

Tarix 06.04.21, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafa Rayon İcra Hakimiyyəti “Meqa An İnşaat” MMC ilə maliyyə dəyəri 81 602.9 AZN təşkil edən müavilə bağlayıb. 

HİT.az xəbər verir ki, müqavilədə Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Meqa An İnşaat” MMC 1 dekabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Aslanov Yaşar İmamverdi oğludur. 

Araşdırmalar zamanı aydın olub ki, Ağstafa Rayon İcra Hakimiyyəti ilə “Meqa An İnşaat” MMC arasında çoxsaylı tender sövdələşmələri var. İcra Hakimiyyəti 1 mart 2018-ci il tarixdən 14 noyabr 2020-ci il tarixə qədər 19 tender keçirib. Tenderlərin 4-nün qalibi “Meqa An İnşaat” MMC olub. Satınalma müqavilələrində Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və rayonda yolların əsaslı təmiri işləri nəzərdə tutulur. Ümumilikdə, şirkətə bunun üçün 487 410 AZN ödənilib.

Maraqlı məqamlardan biri də “Meqa An İnşaat”a məxsus VÖEN-in vaxtilə “Səma MM İnşaat”a məxsus olmasıdır. Bu şirkətin qanuni təmsilçisi də Yaşar Aslanov olub. Şirkət 2020-ci ildən fəaliyyətini dayandırıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin tenderlərində “Səma MM İnşaat” MMC-nin əhəmiyyətli payı var. Şirkət İcra Hakimiyyətindən 2 227 692 AZN məbləğində dövlət sifarişi alıb. 

Görünür, “Səma MM İnşaat” MMC ilə tender maxinasiyalarını davam etdirmək mümkün olmayıb. Ona görə də dövriyyəyə “Meqa An İnşaat” MMC girib.



Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap