Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

ABŞ-ın SSRİ-yə qarşı göyərçin “agentlər”inin üstü açılıb – Sənədlər ələ keçdi

Tarix 15.09.19, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


SSRİ-ABŞ qarşıdurmasının qızğın çağında Vaşinqton heyvanlar tərəfindən dəstək almağa, onları casus missiyalarının aparılması üçün uyğunlaşdırmağa çalışırdı.

TASS-ın məlumatına görə, bu yaxınlarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ötən əsrin 60-cı və 70-ci illərində heyvan casusları proqramının inkişafından bəhs edən sənədləri açıb.

MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşları adi göyərçinlərin xüsusi xidmət orqanlarına böyük kömək göstərəcəyinə inanırdılar. “Tacana” kod adı altında aparılan əməliyyata əsasən kamera quraşdırılmış quşlar Sovet obyektlərinə atılmalıydı.

Xüsusi hazırlıq aparılması haqqında heç bir söz getmirdi,  belə ki, göyərçinlərin obyektlərin havadan yüzlərlə şəklini çəkərək evə gedən yolu tapacaqları hesab olunurdu.

“Eksperimentlərin məqsədi ərazisinə keçmək qadağa olunsa da, üzərindən uçmaq imkanı olan obyektlərin çəkilişini aparmaq idi”, – deyə sənədlərdə bildirilir.

Əsas maraq nöqtələrindən biri Leninqradda yerləşən sovet nüvə energetik qurğulu gəmilərin  yaradılması işləri aparılan  tərsanə idi.

Hesab edilirdi ki, quşları birbaşa avtomobilin pəncərələrindən atmaq və ya palto altında gizlətmək mümkün idi.

Sənədlərdə həmçinin deyilir ki, Vaşinqton ətrafında sınaqlar uğurla keçib, lakin proqramın gələcək tarixi “zaman dumanı” ilə örtülüdür. Şərhdə isə bildirilir ki, heyvan-casus proqramlarından heç biri həyata keçirilməyib.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap