“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ-ın vitse-prezidenti Varşavada Zelenski ilə görüşüb:“Ukraynanı dəstəkləyirik“

Tarix 01.09.19, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü Varşavada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Vitse-prezident Zelenskiyə Ukraynanın ərazi bütövlüyünün ölkəsi tərəfindən dəstəkləndiyini bildirib.

“Sizi əmin edə bilərəm ki, cənab prezident, ABŞ-la Ukrayna arasındakı münasibətlər heç vaxt belə güclü olmayıb”, – Pens belə deyib. O bildirib ki, ABŞ “Rusiya zorakılığına qarşı” mübarizədə Ukraynanı dəstəkləyir.

“Tramp administrasiyası Ukrayna xalqını dəstəkləyir və Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə müdafiə edir. Sizi əmin edə bilərəm ki, gələcəkdə də Ukrayna xalqının təhlükəsizliyinə, ərazi bütövlüyünə, o cümlədən Krımda Ukraynanın qanuni tələblərinə dəstəyimizi davam etdirəcəyik”, – deyə vitse-prezident əlavə edib.

Bununla yanaşı, Pens ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırmayıb.

Qeyd edək ki, Polşada II Dünya Müharibəsinin başlamasının 80-ci ildönümü ilə əlaqədar tədbir keçirilir. Polşa hökuməti bu tədbirə NATO, AB-dəki müttəfiqlərini, həmçinin Almaniyanı və Şərq tərəfdaşlığı ölkələrini dəvət etsə də, Rusiya nümayəndəliyini dəvət etməyib. /APA



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap