Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

ABŞ-la Türkiyə arasında kürd gərginliyi- Vaşinqton kürd döyüşçüləri niyə himayə edir?

Tarix 24.05.17, 3:44

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftəTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşdü. Türk lider bu səfərdən demək olar, əliboş qayıtdı. Daha dəqiqi, vacib məsələlərdən biriylə də bağlı güzəştə nail ola bilmədi. Ərdoğanı ən çox məyus edən Trampı Suriyada döyüşən kürdləri silahlandırmamaq məsələsində razı sala bilməməsi oldu. Lakin o, yenə də Trampın diqqətinə çatdırdı ki, Türkiyə Birləşmiş Ştatların kürdlərlə ittifaqını heç vaxt qəbul etməyəcək.

Strateq.az xarici mətbuata istinadən kürdlərin ABŞ üçün niyə bu qədər vacib olduğuna və bu vəziyyətin Ankara-Vaşinqton əlaqələrinə necə təsir edəcəyinə aydınlıq gətirməyə çalışacaq. 

Nəticəsiz danışıq…

İki liderin söhbəti cəmi 22 dəqiqə çəkdi. Bura tərcüməyə sərf olunan vaxtı da əlavə etsək, dəqiqələrin sayı bir az da geriləyər.  Qəribə də olsa, səfərlə bağlı ən yaddaqalan epizod Türkiyənin ABŞ-dakı səfirliyi önündə baş verən insident oldu. Ərdoğanın mühafizəçiləri ilə səfirliyin binası önünə gələn kürd nümayişçilər arasında əlbəyaxa dava düşdü. Nəticədə 11 nəfər xəsarət aldı, polisə müqavimət göstərdiyinə görə 2 nəfər həbs olundu. 

Ərdoğan mətbuat konfransında sərt danışdı. Bildirdi ki, regionun gələcəyində terror təşkilatlarına, o cümlədən PYD (Kürd Demokratik İttifaqı) və YPG-yə (Kürd Demokratik İttifaqının silahlı qanadı) yer yoxdur. Və onların regionda mövcudluğu Türkiyənin hamını əhatə edən razılaşması ilə uzlaşmır. 

Ərdoğan bu fikirləri səsləndirərkən Trampın fikri hardasa uzaqlarda dolaşırdı. Bəzi ekspertlərin fikrincə, əslində ABŞ-ın İŞİD-ə qarşı mübarizədə kürdlərə arxalanması həm də Ərdoğanın yanlış siyasətinin nəticəsi kimi ortaya çıxıb. 

Kürdlərin yüksəlişi…



2014-cü ilin sentyabrı… İslamçılar Suriyanın Kobani şəhərini ələk-vələk etdilər. Ona qədər şəhər 2 il idi YPG-nin nəzarətindəydi.

Döyüşlər ara vermirdi. Kürdlər sona qədər dirəndilər. Məğlub olacaqları təqdirdə onları nələrin gözləyəcəyini bilirdilər – kişilər edam olunacaq, qadınlar əsir alınacaq, uşaqların beyni "yuyulacaq" və onlardan kamikadze kimi istifadə olunacaq. 

Savaşın dəhşətlərini görüb Kobanidən qaçan minlərlə insan Türkiyə sərhədinə tərəf yön aldı. Ankara sərhədə tankları yığsa da, müdaxiləyə tələsmədi. Üstəlik Türkiyədəki kürdlərin Suriyadakı kürd soydaşlarına yardım etməsinə mane olmadı. 

Türkiyənin öz maraqları vardı. Ölkə daxilində kürd üsyanının getdiyi, PKK-nın ölkədə rəsmən terror təşkilatı kimi qəbul edildiyi bir vaxtda Ankara üçün YPG ilə İŞİD-in toqquşması bir növ, şüşə qabda hörümçəklərin savaşı təsiri bağışlayırdı.

Kobanidə axan qanı durdurmaq üçün köməyə ABŞ-ın ovaxtkı prezidenti Barak Obama gəldi. Oktyabrın ortalarında kürdlərə havadan dərman və silah yardımı edildi. Ankara ilə Vaşinqton arasında əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə ərazisindən keçən təyyarələr İraq kürdlərinə yardım payladı.

ABŞ təyyarələri bir az da irəli gedərək islamçıların hədəflərinə zərbələr endirdilər. Və 3 ay sonra Kobani İŞİD-in mühasirəsindən azad olundu.

Türkiyə üçün şans



Həmin ərəfədə Ərdoğanın masası üzərinə amerikalı tərəfdaşlarından ismarıc gəldi. Vaşinqton Ankaraya ABŞ-ın hərbi təyyarələrini Türkiyə hərbi bazalarına buraxmağı, həmçinin İŞİD-ə qarşı mübarizə aparan suriyalı müxaliflərə birgə təlim keçməyi təklif etdi. 

Amerikalılar hesab edirdilər ki, alternativ anti-İŞİD ittifaqını kürdlərin iştirakı olmadan qurmaqla Türkiyəyə jest etmiş olurlar.  Lakin Türkiyənin yenə öz maraqları vardı. Bu dəfə Ərdoğan İŞİD-i çökdürməkdən çox, Bəşər Əsədin devrilməsini istəyirdi. Eyni zamanda düşünürdü ki, İŞİD-lə münaqişəyə girməsə, onlar da Türkiyə ilə savaş fikrində olmayacaqlar.

Ərdoğan amerikalılara öz təklifini verdi – Hələb və İdlib arasında uçuşa qapalı azad zona yaratmaq. Ərdoğan hesab edirdi ki, Əsədə qarşı vuruşan mötədil müxalifət həmin bölgədə hava zərbələrindən qorxmadan qruplaşa, həmçinin dincələ bilər.

Təklif ABŞ-ın ürəyindən olmadı. Çünki bu halda Birləşmi Ştatlar rəsmi Dəməşqlə, həmçinin Əsədin "rəisləri" Rusiya və İranla üz-üzə gəlməli olacaqdı. 

Pentaqon bu qənaətə gəldi ki, ən optimal çıxış yolu diqqəti İŞİD-lə savaşan kürdlərə yönəltməkdir. 2015-ci ilin yazında kürdlər və onların ərəb müttəfiqləri əsas sərhəd məntəqəsi olan Tel-Abyadı ələ keçirirlər. Bu həm də Suriya-Türkiyə sərhədinə nəzarəti ələ keçirmək demək idi. 

Ərdoğanın İŞİD-lə bağlı "nə savaş, nə sülh" taktikası işə yaramır və terrorçular Suruçda terakt həyata keçirərək 33 nəfərin həyatını itirməsinə səbəb olurlar. İki gün sonra Ərdoğan Obamaya zəng edir… "İncirlik" hərbi bazası ABŞ qırıcılarının üzünə açılır.

Lakin Ankara ilə Vaşinqtonun maraqları yenə toqquşur. Məsələn, Ərdoğan Minbiclə birgə yüzkilometrlik ərazinin İŞİD-dən təmizlənməsi ilə kifayətlənmir, bu ərazidə kürdlərin olmamasını tələb edirdi.

Amerikalılar üçün əsas məsələ İŞİD-çiləri şəhərdən çıxarmaq idi. Vaşinqton bu məqsədlə kürdlərin ərazilərindən istifadə olunmasını təklif etdi. Ərdoğan qəti şəkildə qarşı çıxdı. Bu, kürdlərə bütün sərhədə nəzarət imkanı yaratmaq demək idi. Türkiyə prezidenti ABŞ-ı inandırmağa çalışdı ki, onun mindən artıq suriyalı döyüşçüsü var və onlar Minbicdə vəziyyəti dəyişmək gücündədilər.

Ankara Əsədə müxalif olanlar və suriyalı türkmənlər arasından bir neçə yüz nəfərlik dəstək topladı. 2016-cı ilin aprelində onlar bir neçə kəndi ala bildilər.

ABŞ yenə kürdlərə üz tutmağa məcbur oldu. Həmin vaxt kürdlər ərəb müttəfiqləri ilə "Suriyanın Demokratik Qüvvələri" (SDQ) adı altında birləşmişdilər

Bir neçə ay davam edən qanlı döyüşlərdən sonra – avqustun 12-də SDQ Minbici ələ keçirə bildi. Ərdoğan hiddətlənmişdi. Obama ona söz verdi ki, kürdlər şəhəri alandan sonra şərqə – Kobani istiqamətinə çəkiləcəklər. Lakin YPG bunu etməyə tələsmirdi,



Məlum qiyam cəhdi uğurla yatırılandan sonra Ərdoğan Suriyaya tərəf üz tutdu. Avqustun 24-də "Fərat qalxanı" əməliyyatı başladı. Ankaraya loyal olan Suriya müxalifəti türk tanklarının dəstəyi ilə Suriyanın şimalına doğru irəlilədi.

ABŞ YPG-ni vaxtında Minbicdən uzaqlaşdıraraq böyük bir qarşıdurmanı önləmiş oldu. Vaşinqton türklərə hava və kəşfiyyat dəstəyi verməyə davam edirdi. Və yarım il sonra "Fərat qalxanı" əməliyyatı strateji şəhər sayılan Əl-Babın ələ keçirilməsi ilə başa çatdı. Suriyanın şimalında Türkiyənin nəzarətində olan 2 min kilometrlik ərazi yaradıldı.

Hazırda gündəmdə olan İŞİD-in "paytaxtı" Raqqanın ələ keçirilməsidir. Vaşinqtona görə, düşməni məhv etməkdə əsas rolu  "Suriyanın Demokratik Qüvvələri" oynaya bilər. Türkiyə bununla razılaşmır və bunu bacaracaq qüvvənin "Fərat qalxanı" olduğunu düşünür.

Pentaqon da bunu qəbul etmir. Və arqument gətirir ki, SDQ-nin nəzarətində 50 min (27 min kürd, 23 min ərəb), türklərin nəzarətində isə 10 min döyüşçü var. Başqa bir problem də odur ki, "Fərat qalxanı" Raqqaya girmək üçün ya kürdlərin, ya da Əsədin nəzarət etdiyi ərazilərdən keçməlidir. 

Vəziyyəti təhlil edən Tramp administrasiyası Raqqaya girə bilməsi üçün kürdləri  silahlandırmağa – ağır hərbi texnika ilə təchiz etməyə qərar verdi. 

Bu qərar gözlənildiyi kimi, Ankaranın etirazına səbəb oldu. "Türkiyə dövlətinin gələcəyini təhdid edən təşkilatların koalisiyada mövcudluğunu qəbul edə bilmərik. Ümid edirik ki, ABŞ administrasiyası qərarını bir də gözdən keçirəcək", – deyə Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bəyan etdi.

Vaşinqton, Ankara və gələcək…

Картинки по запросу Vaşinqton Ankara

Lakin ekspertlər hesab edir ki, bütün bu xoşagəlməzliklərə baxmayaraq, Ankara ilə Vaşinqton arasında real konfliktin yaranacağını gözləməyə dəyməz. Hərbi-siyasi ekspert Riçard Vaytsın sözlərinə görə, hər iki ölkə əlindən gələni edəcək ki, müttəfiqliyi qoruyub saxlasın.

 «Həmişə belə olub. Soyuq savaş dövründə Türkiyə və ABŞ Kipr və bir neçə başqa məsələdə razılığa gələ bilməmişdi. Amma yekun olaraq qərar gəldilər ki, əsas diqqəti sovetlərdən gələn təhdidə yönəltsinlər. Suriya məsələsindəki fikirayrılığına baxmayaraq, geosiyasi baxımdan oların hər ikisinə birlikdə olmaq sərfəlidir".

Bəzi türk ekspertlər isə bu fikirdədir ki, münasibətlər qopmasa da, tərəflər arasında soyuqluq mütləq olacaq…

Strateq.az




Xəbərin oxunma sayı : 442




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap