Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ Ər-Riyada “F-35“in baza versiyasını tədarük edəcək - “Axios“

Tarix 26.11.25, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahunu əmin edib ki, Səudiyyə Ərəbistanı "F-35" qırıcısının yəhudi dövlətində olan ən qabaqcıl versiyasını almayacaq. Krallıq təyyarənin əvvəlki modifikasiyasını əldə edəcək.

Bu barədə məlumatı "Axios" portalı diplomatik mənbələrə istinadla yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp vəd edib ki, Vaşinqton Səudiyyənin təhlükəsizliyini gücləndirmək üçün Ər-Riyada ABŞ-nin beşinci nəsil qırıcılarının ən müasir nümunələrini tədarük edəcək. ABŞ liderinin bəyanatı Yaxın Şərqdə bu qəbildən təyyarələrə malik olan yeganə ölkəni - İsraili narahat edib.

Rubio İsrailə söz verib ki, Səudiyyə Ərəbistanına silah tədarükünə dair sazişin Yaxın Şərqdə İsrail Müdafiə Ordusunun keyfiyyətli hərbi üstünlüyünü zədələməyəcəyinə əmin olmaqdan ötrü əlavə məsləhətləşmələr aparacaq. Vaşinqton regional güc balansını yəhudi dövlətinin xeyrinə qorumaq konsepsiyasına əməl etməyə davam edir.

Noyabrın 18-də Məhəmməd bin Salman Əs Səud 2018-ci ildən etibarən ilk dəfə olaraq Vaşinqtona səfər edib və Trampla bir sıra danışıqlar aparıb. Səfər zamanı iqtisadi sahədə, eləcə də müdafiə sahəsində bir sıra sazişlər imzalanıb. ABŞ lideri bəyan edib ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına NATO-nun hüdudlarından kənarda Vaşinqtonun əsas müttəfiqi statusu verib.



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap