Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlanılacaq - Açıqlama

Tarix 26.11.25, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır:

"Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir.

Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra "Azərbaycan Dəmir Yolları" bu layihənin icrasına başlayacaq".

Nazir vurğulayıb ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib:

"Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb".



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap