“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ İrana qarşı yeni sanksiyalar elan edir – Maliyyə Nazirliyi 20-dək ünvan göstərdi

Tarix 27.03.20, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatları(ABŞ) hökuməti bəyan edib ki, İran və İraqda mənzillənən 20-dək şirkət və qurumun, habelə terrorçu qrupların dəstəklənməsində ittiham olunan rəsmilərin və başqa fərdlərin üzərinə sanksiylar qoyulur.

ABŞ Maliyyə Nazirliyi martın 26-da bəyan edib ki, sanksiyaların hədəflədiyi qondarma şirkətlər, vəzifəli rəsmilər və onların biznes partnyorlarıİran İslam İnqilabı Keşikçiləri Korpusuna və onun xarici əməliyyatları icra edən Qüds qüvvələrinə dəstək verməkdə və ya onlar üçün fəaliyyət göstərməkdə ittiham olunurlar.

Bu da qeyd olunur ki, bu fərdlər və vahidlər habeləİraqda Kətaib Hizbullah vəƏsaib Əhl əl-Həqq kimi İran tərəfindən dəstəklənən silahlı terror qruplaşmalarına kömək ediblər.

Bütün bu fəaliyyətlərdən başqa sözü gedən şirkət və fərdlərin Yəmənə qaçaqmalçılıq yolu ilə silah verməkdə, ABŞ-ın sanksiyası altında olan İran neftinin Suriya hökumətinə satışını təşkil etməkdə, həmçinin İraqda təbliğat aparmaqda və İraq rəsmilərini təhdid etməkdə ittiham olunduqları bildirilir.

Maliyyə naziri Steven Mnuçin deyib ki, İran regiondakı terrorçu qruplaşmaları maliyyələşdirmək, İran xalqının sərvətini xaricə daşımaq üçün qondarma şirkətlərin şəbəkəsindən istifadə edir və terrorçu qruplaşmaların təchizatınıöz xalqının ehtiyaclarından üstün tutur.

Sanksiyaların hədəflədiyi qurumlar arasında İraqdakı Müqəddəs Məqbərələrin Təmiri Təşkilatı da var. ABŞ Maliyyə Nazirliyi bildirir ki, İran vəİraqda mənzillənən bu təşkilata Qüds qüvvələri nəzarət edir.

Təşkilatın icraçı sədri Məhəmməd Calal Mab da sanksiya siyahısına daxil edilib.Əslən Kirman şəhərindən olan Mabı 2019-cu ildəbu vəzifəyə yerlisi general Qasım Süleymani təyin etmişdi. Süleymani ötən il ABŞ-ın dron zərbəsi iləİraqda öldürülüb. (azadliq.org)



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap