Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

ABŞ Gürcüstanda kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır - Rusiya kəşfiyyatı

Tarix 11.09.24, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamenti Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün yeni vasitədən istifadə etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır.

“ABŞ Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Gürcüstan istiqamətində “əməkdaşlıq” barədə razılığa gəlib.

Səsverməyə 10-20 gün qalmış ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə bağlı hesabat dərc etməlidir. İradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy də təqdim olunacaq. Məqsəd Vaşinqtonun bəyənmədiyi “Gürcü Arzusu” partiyasının qələbəsinin qarşısını almaqdır”, - Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumtda qeyd olunub.
 



Xəbərin oxunma sayı : 961




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap