Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ Qafqazda – Moskvaya qarşı nə etməli? – TƏHLİL

Tarix 30.01.18, 4:10

Font ölçüsü : - / +
bitmap-img6


Xarici siyasət məsələlərinə xüsusi diqqət ayırmaq ABŞ Konqresinin üzvləri üçün çoxdan oturuşmuş və hörmətə minmiş praktikadır. “The Hill” nəşri yazır ki, xarici siyasət ümumilikdə icraedici orqanın səlahiyyətində olsa belə ABŞ qanunvericiləri Amerika xarici siyasətini gözardına vura bilməzlər.

Müəllif Stefan Blank (Stephen Blank) yazır ki, son illərdə ABŞ siyasətinə qarşı gələrək bəzi Konqres üzvləri Rusiya maraqlarından yana olublar.

Müəllif bildirir ki, bəzi Konqres üzvlərinin birgə təmsilçilik etdikləri lobbi qruplarının maraqlarına səs vermələri təəccüblü hal deyil. Lobbiçilər heç də həmişə Amerikanın maraqları üçün ağıllı siyasəti dəstəkləmirlər. Bir çox lobbiçi qruplar ABŞ maraqları üçün deyil, öz dogma ölkələrinin xeyrinə çalışırlar. Cənubi Qafqaz regionu səhv lobbiçiliyin müasir nümunəsidir: “Məsələ onda deyil ki, ermənilərin öz maraqları üçün Konqresə, yaxud Administrasiyaya petisiya ilə müraciət etmək hüququ yoxdur. Əksinə, əksər hallarda məsələ Ermənistan Respublikasının da maraqlarına zidd olan iddiaların həqiqətən Amerika maraqlarına uyğun olub-olmadığıdır. Ermənilərin ABŞ-da lobbiçiliyi Ermənistana qonşu ölkə olan Azərbaycanın damğalanması və delegetimizasiyası üzərində fokuslanıb. Keçmiş SSRİ-nin hər iki respublikası Azərbaycan ərazisi olan Dağlıq Qarabağda dondurulmuş münaqişəyə cəlb olunub. Ermənilər rus tərəfdarlarının köməyi ilə 25 ildir ki, bu ərazini zəbt ediblər”.

Qəzet yazır ki, ermənilər həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə ruslardan o qədər asılı vəziyyətə düşüblər ki, Rusiya Federasiyasının vassalına çevriliblər. ABŞ-da erməni lobbilərinin aktivliyini və yuxarıda qeyd edilən Konqres üzvləri ilə “münasibətlərini” nəzərə alsaq görünən odur ki, Kreml Kapitoliyada da birbaşa, ancaq gizli əlaqələrə sahibdir.

 

Azərbaycana gəlincə, “The Hill” yazır ki, bir milyondan çox azərbaycanlı köçkünlər – öz torpaqlarından qovulmuş insanlar sadəcə evlərinə qayıtmaq istəyirlər. Hökumət müharibənin qızğın çağında ermənilərlə rusların birgə qırğın törətdikləri yerlərdə yenidən bərpa işlərinə başlamağa hazırdır.

Ermənilərin çoxu Dağlıq Qarabağı müstəqil dövlət – “ikinci erməni dövləti” kimi görmək istəyir. Qəzetin yazdığına görə, acı reallıq ondan ibarətdir ki, bu müharibənin uzanmasında uduşlu tərəf olan Moskva Dağlıq Qarabağdan Ermənistanın suverenitetini ciddi şəkildə zədələmək üçün istifadə edir.

Müəllif diqqəti regionda həyata keçirilən iri layihələrdən Ermənistanın kənarda qalmasına yönəldir: “Münaqişə üzündən Ermənistan regionda həyata keçirilən ticarət, dəmir yolu, energetika layihələrindən təcrid olunub”.

Rusiyalı ekspertlər bu qeyri-sabit status-kvonun saxlanılması üçün müxtəlif bəhanələr tapa bilərlər, ancaq bu nəticə nə münaqişə tərəflərinin, nə də ABŞ-ın maraqlarına uyğundur. “Bizim əsas marağımız sülh içində olan Qafqaz olmalıdır. O Qafqaz ki, Moskvanın lənətindən uzaqda hər üç dövlət azad şəkildə inkişaf edə bilsin”.

Məqalədə deyilir ki, ABŞ Rusiyadan qorunmaları naminə çətin kompromislərin qəbulunda əsas iştirakçılara kömək etmək üçün başlıca rolu üzərinə götürməlidir: “Bununla da başqa bir münaqişənin və Rusiyanın Azərbaycana müdaxiləsinin, NATO üzrə müttəfiqi olan Türkiyənin də potensial iştirakçıya çevrilə biləcəyi regional müharibənin qarşısını almış olar”.

Qəzet yazır ki, Konqres üzvlərinin “Ermənistan xoşniyyətlidir, Azərbaycan bədxahdır” deyə bitib tükənməyən bəyanatları nə Ermənistanın, nə də Amerikanın maraqlarına uyğundur. Davam etməkdə olan müharibədən yeganə və faktiki qazanan tərəf Rusiyadır.

 

“Tərəflərdən heç biri tamam nə ağdır, nə də qara. Bəli Azərbaycandakı demokratikləşmə prosesi ABŞ-ın dəstək verməsi üçün problemə çevrilib”, – deyə müəllif yazır. Ancaq Ermənistanın da nümunəvi demokratiyadan uzaq olduğunu vurğulayan Stefan Blank bildirir ki, müharibə davam etdikcə tərəqqiyə və demokratikləşməyə nail olmaq mümkün deyil:

“Əgər Konqres Ermənistana, ABŞ-a, hətta Azərbaycana belə kömək etmək istəyirsə, bu vacib regionu Moskvanın tender yardımlarının və müharibənin ümidinə qoymamaq üçün aktiv şəkildə ABŞ diplomatiyasını təşviq etməlidir. Ermənistana və ya Azərbaycana lazımınca dəstək verilməməsi son olaraq ABŞ dövlətinə və ya ABŞ-ın maraqlarına xeyir gətirmir”.

 

Ph.D. Stefan Blank Amerika Xarici Siyasət Şurasının aparıcı üzvüdür. O, keçmiş Sovet İttifaqının, Rusiyanın və Avrasiyanın geosiyasi və geostrategiyasına yönəldilmiş çoxsaylı xarici siyasət məqalələrinin və monoqrafiyaların müəllifidir.

Expressa.net

 

 



Xəbərin oxunma sayı : 511




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap