Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Abşeron Rayon Prokurorluğu məlumat yayıb –Masazırda baş vermiş silahlı insidentlə bağlı

Tarix 28.04.19, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron Rayon Prokurorluğu ötən gün axşam Masazır qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə “Vinçester” markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.b.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir. (Report)



Xəbərin oxunma sayı : 469




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap