Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Abdullah Gül 49%-in prezidentliyə namizədi olacaqmı, yaxud 2019-da Ərdoğanı məğlub etmək mümkündürmü? - Təhlil

Tarix 14.05.17, 21:21

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindən narahat olan, fərqli siyasi meyllərlə bölünmüş müxalif seçici kütləsi Türkiyədə, Makron kimi bir siyasətçi, bir lider yarada bilərmi? 2019-cu ilin prezident seçkilərinə Ərdoğan əleyhdarı olan müxalifət ümumi səfərbərliklə seçkiyə damğasını vura bilərmi?

Bu, kağız üzərində mümkündür. Türkiyə 16 Aprel Konstitusiya dəyişikliyiylə oyunun qaydalarını dəyişdirdi. Parlamentar sistemin nisbi təmsilçiliyi ilə Ərdoğan və partiyasını iqtidardan uzaq tutmaq mövcud siyasi tarazlıqla əsasən sanki qeyri-mümkün idi. Ancaq yeni qaydalara görə, ikinci turda iki namizədin yarışacağı seçli seçici ittifaqlarına imkan təmin edərək kəskin iqtidar dəyişməsini çox yaxşı təmin edə bilər. 

Başqa sözlə, Ərdoğanın israrla arxasında durduğu və əldə etdiyi yeni Konstitusiya nizamı onun üçün siyasi tələ ola bilər.

Son günlərdə Türkiyə ictimai fikri, xüsusilə müxalif kəsim bu suallar və ehtimallara maraq göstərir. Çünki 16 Aprel referandumunda ilk dəfə Ərdoğanın məğlub olacağına dair ciddi işarələr ortaya çıxdı. Ədalətli olmayan bir kampaniya və seçki şərtlərinə baxmayaraq, "bəli" səslərinin 51;-də qalması, bundan da pisini gözləyən ümidsiz və depressiv müxalif seqmentləri müəyyən mənada canlandırdı. 

AKP-MHP ikilisinin 2015-ci ildə (noyabr) aldığı ümumi səslə müqayisədə 10% getiləməsi, 17 böyük şəhərin "xeyr" səsləri ilə irəli çıxması cəsarətləndirici təsir oyatdı. AKP ətraflarında isə qismən bir sarsıntı yaratdı.

Ərdoğanın zəfərinin yaratdığı pərişanlıq yalnız ictimaiyyətdə deyil, siyasi arenada da ciddi bir əks-təsir doğurub. Türk siyasətinin məşhur siması, CHP-nin sabiq baş katibi, Antalya millət vəkili Dəniz Baykal bir müddət əvvəl bir televiziya proqramında müxalifətin vahid namizəd ətrafında birləşməsi lazım olduğunu söyləyir, 49%-ə öz namizədini tapması üçün bu sözlərlə hərəkətlənmə çağırışı edirdi: "CHP lideri Kamal Kılıçdaroğlu "mən prezidentliyə namizdəm" desə, biz də "yaxşı" deyərik, arxasında olarıq, namizədimiz o olar. Kılıçdaroğlu namizəd olmayacaqsa, içində ümumi başçılıq yarışının da olduğu bir dövr başlayır. Abdullah Gül 49%-in namizədi ola bilər. Gül namizəd olsa, bunu dəyərləndirmək lazımdır… "

Baykalın bu çıxışı müəyyən mənada cini şüşədən çıxardı. Müxalifətin, AKP-nin Ərdoğanla ayrı düşmüş qurucularından sabiq prezident Gülün ətrafında birləşə biləcəyini söyləməsi ağıllardan keçən bir "gözləntinin" üzə çıxması idi. Bu ehtimalın səsləndirilməsi AKP səflərini da hərəkətə gətirdi.

Baykalın ortaq bir namizəd təsbiti üçün ana müxalifət partiyasında iqtidar dəyişməsini eyham etməsi, CHP-də namizəd mübahisə ilə partiya içində nüfuz mübarizəsinə start vermiş oldu. CHP-nin müxalifləri fövqəladə konqres çağırışları və buna qarşı baş katibin verdiyi təpki 2019-cu ilin prezidentliyə namizəd məsələsini bir anda hamını ayağa qaldırdı.

Ən əhəmiyyətlisi, CHP liderinin bu siyasi təzyiq altında 2019 üçün namizəd və ittifaq axtarışını indidən başlatdığını bu sözlərlə açıqlamasıydı: "49% yalnız bizə aidmiş kimi bir hava yaradıb namizəd təyinetməyə girişmə səhvdir. Əslində, bu işə bu gündən başlamışıq. 50-dən çox qeyri-hökumət təşkilatının başçısıyla danışdım. Referendumu dəyərləndirdik. Gələn həftə bəzi siyasi partiyaların liderləri ilə görüşəcəyəm".

Sol müxalif kəsimin siyasi hərarətinin bu çərçivədə artacağı məlum idi. Ancaq Ərdoğan qarşısında bir ittifaqı, bir ortaq namizədi güclü və mənalı edəcək olan, şübhəsiz, mühafizəkar cəbhədə yoxdur. Referendumda AKP seçicisinin 10%-i Ərdoğana qarşı çıxdı və "xeyr" dedi. 

"2019-a doğru bu nisbət artarmı?". Daha mühüm olan "Bu qrup siyasiləşərmi?" kimi sualların önümüzdəki dövr üçün həyati əhəmiyyət daşıdığına şübhə yoxdur. Mühafizəkar seqmentdə bu suallar və ehtiva etdiyi narahatlıqlar, Baykalın Gülü müxalifətin ortaq namizədi olaraq işarə etməsiylə təkrar gündəmə gəldi.

AKP-lilər Gülü Ərdoğan qarşısında namizədliyi ilə əlaqədar dəqiq olmağa və fərziyyələri bitirməyə dəvət edərkən, Ərdoğan, Gülün ortaq namizəd olma fikrini "Bu tamamilə virus hərəkəti, fitnə hərəkətidir" olaraq təsvir edirdi. Gül isə təmkinli davranır, qapını nə açır, nə qapadırdı. Etdiyi şərhdə həm "isti siyasətdən uzaq dayandığını" söyləyir, həm "məlumat və təcrübəsini ölkə üçün paylaşma məsuliyyəti olduğunu" xatırladırdı.

AKP-nin ilk baş naziri və prezident olan Gül istər AKP çevrələrində, istərsə də türk siyasətində önəmli fiqurdur. Ərdoğanın 2013-cü il sonrası siyasətinə qarşı çıxan, islahatçı və liberal bir meyli, AKP doğuş fəlsəfəsini təmsil etməyə davam edən bir addır. Bu baxımdan müxalifət dairələrində də müəyyən bir simpatiyaya sahibdir və Ərdoğanın qarşısına çıxarsa, hər cinahdan dəstək ala biləcək namizəddir. 

Gül bu günə qədər fikir ayrılığını siyasi dilə tökməkdən, AKP içində mübahisə və ayırma yaratmaqdan imtina etdi. Bunun ən böyük səbəbi ehtimalla Ərdoğan qarşısında məhdud qazanc şansının olması və mübarizəçi yanının əskikliyidir.

Ancaq mühafizəkar çevrələrdə köhnə AKP siyasətçiləri arasında artan narazılıq nəzərə alaraq və Ərdoğanın kəskin tək adam siyasətini davam etdirməsi halında bu tarazlıqlar dəyişə bilər.

Bu mənada Gülün son çıxışında sərf etdiyi bu sözlər bir tutumu və qrupu təmsil etməsi baxımından diqqət çəkdi: "Başda mən olmaqla, AK Partiyanın gerçək qabaqcılları, qurucularına istiqamətli ağıza yaraşmayacaq sözlər, söyüşlər partiyada əxlaq xarici davranışları qınayıram. Bunun necə təşkil olduğunu dünya-aləm bilir artıq. (Ərdoğanı nəzərdə tutaraq) Bunun qarşısında sükutu kədərlə qarşılayıram".

Yeni yaranan şəraitdə, ətrafında özbaşına bir birləşmə və ittifaq olması halında Ərdoğanın avtoritar performansının dərinləşməsi, iqtisadiyyatdan xarici siyasətə yaşana biləcək kimi mümkün böhranlar çərçivəsində Gülün siyasi olaraq hərəkətə keçməsi masada dayanan bir ehtimaldır. Gül bu çərçivədə 2019 yolunda bir ağırlıq meydana gətirməyə davam edəcək kimi görünür.

Ümumi mənzərə və sual isə budur: məmnunluğu olmayan, ancaq təşkilatsız və dağınıq bir müxalifət siyasi mənada yarana bilərmi? Bunun çox asan olmadığını etiraf etmək lazımdır. 49% içindəki antaqonistləri siyasi meyllərin mövcudluğu nəzərə alınsa, bu meyllərin hər hansı bir konstitusiya dəyişikliyinə "xeyr" deməsi ilə ortaq bir prezidentliyə namizədi üzərində razılaşaraq, eyni istiqamətdə səs istifadə etməsi arasında əhəmiyyətli bir fərq vardır.

Həm də Türkiyədə seçici ittifaqları və uzlaşma ənənəsinin zəif olduğuna işarə etmək lazımdır. MHP-li müxaliflər ilə kürdlər, müxalif mühafizəkarlar ilə sol kəsim arasında uzlaşma həm gerçəkdə, həm siyasi mədəniyyət baxımından olduqca çətin görünür. Nəhayət, AK Partiyanın itkisinə baxmayaraq, 44%-li dəstəklə Türkiyənin hələ ən güclü və mütəşəkkil siyasi quruluşu olduğu açıq-aydındır. Bütün bu proseslərin Türkiyə siyasətində yeni bir risk meydana gətirdiyi açıq-aydındır.

Əli Bayramoğlu

"Al-Monitor"

Tərcümə: Strateq.az
 



Xəbərin oxunma sayı : 1249




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap