Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış alacaq – DİM-dən açıqlama

Tarix 20.08.19, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən “unikal kod”u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx

Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.





Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap