“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

AKP-dən Əli Babacanın partiyadan istefasına münasibət:“Hörmətlə yanaşırıq“

Tarix 09.07.19, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Əli Babacanın partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.

AKP sədrinin müavini Numan Kurtulmuş Ə. Babacanın partiyadan istefasına hörmətlə yanaşdıqlarını bildirib.

AKP-nin parlament və bələdiyyə seçkilərində qalib gəldiyini xatırladan sədr müavininin sözlərinə görə, siyasi partiya yaratmaq elə də asan məsələ deyil: “Əlbəttə, kim istəsə, partiya yarada bilər. Bu, Əli Babacanın seçdiyi yoldur və biz buna hörmətlə yanaşmalıyıq”.

N. Kurtulmuş qeyd edib ki, AKP-nin bugünkü uğurlarının arxasında adları açıqlanmayan xeyli sayda insan var və onlar bu uğurlarda böyük pay sahibidirlər: “AKP güclü şəkildə fəaliyyətini davam etdirir, ona görə də kiminsə sıralarımızdan ayrılmasının partiyaya zərər verməyəcəyi qənaətindəyəm”.

Qeyd edək ki, Ə. Babacan ötən gün AKP üzvlüyündən istefa verib. AKP-nin qurucularından olan Ə. Babacanın sabiq prezident Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir.  /APA




Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap