Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Alimlərdən dünyanı şoka salan açıqlama:“Kainatın əkiz tayı var, orada vaxt əks istiqamətdə axır”

Tarix 15.01.19, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


Bizim kainat  zaman ölçüsü oxu ilə böyük partlayışın baş verdiyi andan tərs istiqamətdə hərəkət edən və anti-materiyadan qurulan paralel dünyanın bir “güzgüsü” ola bilər.

AzFakt.com BBC-yə istinadən bildirir ki, Kanadanın Nəzəri Fizika İnstitutu alimlərinin təklif etdiyi bu inqilabi nəzəriyyə fantastik görünsə də, müasir elmdə izahı tapılmayan bir neçə paradoksu həll etməyə imkan edir. Yeni modelə görə Böyük Partlayış zamanı iki simmetrik kainat əmələ gəlib. Biri – bizim yaşadığımız kainatdır: burada vaxt gələcəyə doğru axır. “Güzgü təsviri” olan digər kainatda isə vaxt geriyə, keçmişə axır. Başqa sözlə biz gələcəyə irəliləyirik, əkiz kainat isə – keçmişə.

Kanadalı fiziklər yeni nəzəriyyənin bir çox detallarını hələ dəqiqləşdirməlidirlər. Buna baxmayaraq, onların hesablamalarında hansısa bir ciddi ziddiyyət aşkar edilmədiyindən  kanadalıların məqaləsi Amerika Fizika Cəmiyyətinin elmi jurnalında dərc olunub.

Paralel dünya?

Hazırda qüvvədə olan nəzəriyyəyə əsasən, bizim kainatımız – fəza, zaman və kütlə/enerji – Böyük Partlayış nəticəsində yaranıb və o andan bəri artıq 14 milyard ildir ki, genişlənməkdə və soyumaqda davam edir.

Kainatın xüsusiyyətlərini və təkamül modelini Eynşteynin Ümumi nisbilik nəzəriyyəsi və Standart Modelə əsaslanan kosmologiya elmi öyrənir.

Lakin bu nəzəriyyələrdən heç biri, məsələn, kainatın görünən hissəsində maddənin bu dərəcədə çox, antimaddənin isə bu qədər az olduğunu izah edə bilmir. Lakin, nəzəri götüründə onlar bərabər miqdarda olmalıdır. Kainatın “Barion asimmetriyası” adlı bu paradoksunu aradan qaldırmaq üçün qaranlıq maddə və qara dəlik kimi obyektləri təsbit edən bir neçə fərziyyə təklif olunub. Kanadalı alimlərin təklif etdiyi izahat isə daha sadədir və mövcud nəzəriyyələri pozmadan bütün müşahidə olunan hadisələri izah etməyə imkan verir. Yeni modeldə Böyük Partlayış baş verən an simmetriya nöqtəsi sayılır və həmin nöqtəyə nisbətən kainat və anti-kainat zaman məkanında əks istiqamətdə hərəkət edir.

Alimlər qeyd edib ki, anti-kainat bizimə kainata çox oxşasa da, kvant qeyri-müəyyənliyi prinsipinə uyğun olaraq, birə-bir sürəti deyil. Bu haşiyə fizikləri mürəkkəb fəlsəfi suallardan xilas etmiş olur – məsələn, iradə azadlığı ilə bağlı sualdan. Belə olmasa, onda paralel kainatda baş verən hadisələr bizim kainatımızda təkrar olmalı və bunun əksi olmalıdır. Yəni kainatımızda baş verənlər paralel kainatda “güzgülənməlidir”.



Xəbərin oxunma sayı : 211




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap