|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Amerika Əfqanıstan bataqlığında – Hər ay 6 milyard dollar xərcləyən NATO bu ölkədən nə qazanır? - ARAŞDIRMA
Tarix 23.09.17, 4:15 |
|
Nazanin Armanian
Publico.es (İspaniya)
11 sentybar teraktlarından 16 il keçib. O vaxtdan bəri islam fundamentalizminə qarşı gedən müharibənin sonu görünmür. Terrorçuluq təhlükəsinin səviyyəsi artmaqdadır. Durum günbəgün ağırlaşır.
Əfqanıstan ABŞ üçün Mərkəzi Asiyada ən önəmli strateji mərkəz olub. O, bölgənin tam ortasında yerləşməklə Çin, İran, keçmiş sovet respublikaları və Hindistanla həmsərhəddir. Vaşinqton ən yeni tarixdə bölgədə artıq dörd dəfə "Pol Pot üsulları" tərəfdarlarının yardımına əl atıb.
Amerikalılar 1978-1991-ci illərdə Вeynəlxalq solçu hərəkatla mübarizədə SSRİ ilə qonşu ölkələrdə ifrat sağyönlü islamçı və xristian təşkilatlarına sponsorluq edib. Bandit dəstəsi islam pərdəsinə bürünərək terrorçuluq fəaliyyəti həyata keçitrmək üçün Pakistandan Əfqanıstana keçib. Onlar iki mindən çox təhsil müəssisəsinə hücum edib, Kabulda litseyin bütün şagirdlərini edam edib, sosialist Əfqanıstanının mühüm infrastruktur obyektlərini (elektrik stansiyaları, zavodlar, xəstəxanalar, mindən çox kəndli kooperativi və xeyli başqalarını) məhv ediblər. Səudiyyə Ərəbistanının sponsorluq etdiyi terrorçular Pakistanda MKİ bazalarında hazırlıq keçirdilər. Ronald Reyqan və Marqaret Tetçer onları “azadlıq mübarizləri” adlandırıb.
SSRİ dağıldıqdan sonra 1991-1996-cı illərdə ABŞ-ın əsas hədəfi sovet nəzarətindən çıxmış ərazilərdə öz mövqelərini gücləndirmək olub. Cihadçılar 1992-ci ildə MKİ dəstəyi ilə doktor Nəcibullanın sosialist hökumətini devirib və ailəsi ilə birlikdə edam edib. Amerikalılar bu illərdə sıradakı hədəfləri güdüblər:
– Postsovet məkanında Moskva nüfuzunun bərpasına yol verməmək;
– Çin, Rusiya, İran və Hindistan sərhədlərində hərbi bazalar yaratmaq;
– Mərkəzi Asiya və Hind okeanının energetika marşrutları üzərində nəzarəti təmin etmək;
– Keçmiş sovet respublikalarının resurslarına yiyələnmək. Amerikalılar Qazaxıstan uranı (bütün dünya ehtiyatlarının üçdə birini), Qırğızıstan qızılı, Özbəkistan pambığı, Mərkəzi Asiyada Xəzərin nəhəng su resursları və xüsusən də Türkmənistan qazını (bütün dünya ehtiyatlarının dörddə birini) əldə etmək istəyirdilər. Bu resurslara yetməyin yeganə yolu Əfqanıstan üzərində nəzarət qurmaqdır. TAPI qaz kəməri layihəsi işə salınıb (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) Xəzərdən Əfqanıstan ərazisi ilə Ərəbistan dənizinə qədər getməliydi. Bu, ABŞ-a Rusiyanı təkcə keçmiş sovet respublikalarına iqtisadi nəzarətdən məhrum etmək deyil, həm də enerji resurslarının ən böyük istehlakçısı olan Hindistana basqını gücləndirmək imkanı verərdi.
– Pentaqonun milyardlarla dollar qiymət qoyduğu Əfqanıstan qazı və neftini ələ keçirmək. Dünyanın ən böyük neft şirkəti "Exxon Mobil" (şirkətin prezidenti ABŞ-ın indiki dövlət katibi Reks Tillerson idi) və Kanadanın "Terraseis" şirkəti Fəryab əyalətində neft yataqlarının aşkarlandığını elan edib. Koalisiya ölkələri NATO qoşunları Əfqanıstana girdiyi andan bəri Amudərya hövzəsində 322 quyu qazıb. Bu sahələrdəki ehtiyatlar 500 milyondan 2 milyard barrelə qədər xam neft kimi qiymətləndirilir. "JP Morgan Chase" maliyyə şirkəti Əfqanıstanın qızıl yataqlarını işləmək üçün 2011-ci ildə Kabulla 40 milyon dollarlıq saziş bağlayıb. Almaniya prezidenti Horst Kölerin alman qoşunlarının Əfqanıstanda Almaniyanın iqtisadi maraqlarını qoruduğu haqda bəyanatı 2010-cu ildə ona kreslosu bahasına başa gəlib. Ancaq mücahidlərin daim öz aralarındakı toqquşmalarda batıb qalmış çoxsaylı dəstələrinin səhra komandirləri layihələrin gerçəkləşməsi üçün amerikalılara gərəkən təhlükəsizlik səviyyəsini təmin edə bilməyiblər.
MKİ 1996-2001-ci illərdə Əfqanıstanda öz siyasətinin yönünü dəyişdi və daha bir təməlçi hərəkat – “Taliban-əl-Qaidə”ni yaratdı. O, sıradakı hədəfləri təqib edib:
– Ölkədə hərc-mərcliyin axırına çıxmaq və üslubca Səudiyyyə monarxiyasına yaxın rejim qurmaq: intizamlı və müttəfiq, dayanıqlı barış və dövlətin vahidliyini təmin etməyə iqtidarlı. Eyni zamanda nəzarətsiz və tərs səhra komandirlərini yox etmək. Müvəffəqiyyət halında TAPI qaz kəmərinin gerçəkləşdirilməsinə girişmək olardı.
– İran, Rusiya və Hindistanın ənənəvi təsirini neytrallaşdırmaq. Taliblərin vəhhabi rejimi İran şiələri, pravoslav Rusiyası və kommunist Çinin qabağını almalıydı.
Səudiyyəli Ben Laden “islam beynəlmiləli”nin yüzlərlə keçmiş döyüşçülərini ələ almaq imkanını bu cür qazanıb. Taliblər (mədrəsə tələbələri), Pakistan yetimxanalarından oğlanlar, banditlər, avaralar və minlərlə muzdlular onlara birləşib. Onlar Əfqanıstanda Səudiyyə Ərəbistanına bənzər dövlət qurmalıydılar.
Taliblər 1996-cı ildə qəyyumları və 10 milyard dolların yardımı ilə Kabulu ələ keçiriblər. Onlar şəhəri tutub hökuməti ləğv edib və puştun əhalinin kütləvi etnik təmizləməsini aparıblar. Minlərlə əfqanıstanlı işgəncə, həqarət və edama məruz qalıb. Taliblər muzeyləri qarət edib, əhalinin televizor və radiolarını alıb, kitabxanaları yandırıb, bütün əyləncələri ləğv edib, idmanla məşğul olmağı yasaqlayıb və başqa xeyli cinayətlər həyata keçiriblər. Onların üsullarından sonralar İraq və Suriyada istifadə olunub. Qərbin kütləvi informasiya vasitələri o vaxt bu cinayətlər haqda susub.
“Taliban”ın nümayəndə heyəti 1997-ci il dekabrın 4-də TAPI qaz kəmərinin inşası xüsusunda "Unocal" şirkəti ilə danışıqlar üçün Şuqar-Ləndə (Texas) gəlib. Taliblər tranzit yığımının 100 milyon dollar təşki edəsi məbləğini artırmağı tələb ediblər. Neft nəhəngi rəhbərliyi bu tələbi yerinə yetirməkdən imtina edib, çünki taliblər götürdükləri öhdəlikləri yerinə yetirməmişdilər: ölkənin qaz kəməri keçməli olan şimal bölgələri Əfqanıstanın səhra komandiri Əhməd Şah Məsudun nəzarətində qalırdı. Sovet İttifaqı ilə müharibədə “Pancər şiri” ayaması ilə ad çıxarmış veteran İran və Fransa dəstəyindən yararlanırdı.
Həm də amerikalılar artıq öz səhvlərini dərk etməyə başlamışdıar: onlar Səuddiyyə modelinin surətini çıxarmağı bacarmayan lümpen-proletariatdan çıxanlara istinad edirdilər. Səudlar özlərinin talib dövrünü iki əsr əvvəl yaşamış və artıq zahirən nəzakət qaydalarını gözləyərək ağ əlcəkdə siyasət eləməyə alışmışdılar.
Taliblər üstəlik ABŞ üçün hərbi xərclərin mühüm maliyyə qaynağı olan xaşxaş tiryəkinin yetişdirilməsini yasaqladılar. Əfqanıstan 2006-cı ildə 6,1 min ton, 2000-ci ildəkindən 33 dəfə çox tiryək istehsal edib.
Beləcə “Taliban” hərəkatının sonu çatdı. ABŞ 1998-ci ildən başlayaraq “Taliban” və “əl-Qaidə”yə qarşı geniş informasiya kampaniyası apararaq “köhnə dostlarını” “bütün mədəni dünyanın düşmənləri” kimi təqdim edir.
Bill Klinton 1998-ci ildə Monika Levinski ilə bağlı qalmaqalı söndürmək üçün Sudan və Əfqanıstanı bombardman əmri verib, “əl-Qaidə” və talibləri Afrikada ABŞ səfirliklərinə hücumda ittiham edib. Vaşinqton 2001-ci ildə təcili tədbirlər görməli olub: Çin və Rusiya avqust ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradıldığını elan edib. Bu təşkilatın aşkar məqsədi Qərb dövlətlərinin Rusiya-Çin təsir zonasına çıxışını bağlamaq cəhdi idi.
Əhməd Şah Məsud
Qərb işğalçılaırna qarşı müqavimət təşkil etməkdə yeganə bacarıqlı səhra komandiri Əhməd Şah Məsud 2001-ci il sentyabrın 9-da qətlə yetirildi.
2001-ci ildən bəri və indiki an… ABŞ və Böyük Britaniya 11 sentyabr teraktlarından bir ay sonra 2001-ci il oktyabrın 7-də Əfqanıstana qarşı hərbi əməliyyata başlayıb. Onların sözlərinə görə, talibləri teraktların ehtimal edilən təşkilatçısı Ben Ladeni verməyə məcbur etmək istəyiblər (Hillari Klinton bu ana qədər hələ boynuna almamışdı ki, cihadçılar hərəkatını məhz ABŞ yaradıb). ABŞ-ın başçılığı ilə 34 ölkənin koalisiyası hərbi əməliyyatların birinci günündə əfqanların dağınıq qüvvələrinə 21 min aviazərbə həyata keçirib. Cinayətkar və qanunsuz kollektiv qisas nəticəsində 20 min bomba on minlərlə sadə insanı kərpic tikililərin xarabalıqları altına gömüb. İki milyondan çox qaçqın soyuq qışın oğlan çağında evini tərk etməyə məcbur olub. YUNİSEF-in məruzəsinə əsasən, hərbi müdaxilə, qışın soyuğu, aclıq, üzülmə və xəstəlik nəticəsində 100 mindən çox uşaq ölüb. ABŞ isə BMT-nin varlığına heç bir məhəl qoymadan özünə dünyanın istənilən ölkəsində adamları oğurlamaq və işgəncə vermək hüququ verib.
ABŞ-ın növbəti addımı Əfqanlıstana NATO-nun 300 minlik hərbi kontingentini göndərmək olub. Prezident Buş bununla belə Amerikanın müttəfiqi Səudiyyə Ərəbistanı hökumətinin 3 min həmvətəninin həyatını aparmış teraktda əli olduğu faktını amerikalılardan gizlədib. “Nöqtəvi” qətllərdə Amerikanın böyük təcrübəsinə baxmayaraq, Əfqanıstana texnikanın son sözü ilə təchiz edilmiş çoxminlik qoşun göndərilib. Hərbçilərin məqsədi Ben Ladenin tapılması idi, lakin onlar qoyulmuş vəzifəni qəribə şəkildə yalnız 10 ildən sonra yerinə yetirə biliblər. Yeri gəlmişkən, Qəddafini Hillari Klintonun Liviya səfərindən cəmi bir gün sonra aşkarlayıb edam ediblər.
Ben Laden
Ben Ladeni Əfqanıstanda hansısa mağarada deyil, dövlət təhlükəsizlik xidməti MKİ-nin filialı olan Pakistanın ərazisində evdə tapıblar. Sonra birsaylı terrorçunu həbs edərək ona ictimaiyyətə göstərmək əvəzinə, öldürərək məsələni açıq qoyublar – bu, doğrudanmı, Ben Laden, yoxsa onun kabusi idi? Kabusu görmək mümkün olmadığından onun cəsədini dənizin dibində gizlədiblər.
Bu, daha bir yalan idi. Səddam Hüseynin İraqa müdaxilənin həqiqi səbəblərini gizlədən “kütləvi qırğın silahı” ilə bağlı əhvalat kimi. Benəzir Bhutto xüsusi xidmətlərin Ben Ladenə qarşı əməliyyatını məzhəkə adlandırdıqdan düz bir ay sonra qətlə yetirildi.
Əlbəttə, rejimi devirmək bir məsələdir, ölkəni tutmaq isə tam başqa bir məsələdir Bölgə müttəfiqlərinin Amerikanın strateji maraqlarını qane etmək iqtidarında olmadığına əmin olmuş Amerika qoşunları Əfqanıstanda hələ uzun müddət qalacaq. Onun vəzifələri:
– Əfqanıstan ərazisindən qaz kəməri salmaq;
– Keçmiş sovet respublikalarının Moskva himayəsi altında birləşməsini önləmək;
– ŞƏT-in inkişafına maner olmaq;
– Çin, İran, Hindistan və keçmiş sovet respublikalarının sərhədlərində hərbi bazalar yerləşdirmək;
– Əfqanıstan Demokratik Respublikasını islam Respublikasına çevirərək bu qayda ilə (İraqdakı kimi) dünyəvi dövlətin axırına çıxmaq və durumun tənzimlənməsinə bölgə ölkələrinin siyasi, iqtisadi və sosial cəlbi. ABŞ bundan sonra yanğınsöndürən piroman kimi “bəşəriyyəti islamçılıqdan xilas” edəcək;
– ABŞ-ın Yaxın Şərq karbohidrogenlərindən asılılığını azaltmaq üçün Mərkəzi Asiya və Xəzərin resurslarına çıxış əldə etmək, neft və qaz yataqlarına Rusiya monopoliyasını dğaıtmaq və Çin iqtisadiyyatının inkişafına əngəl olmaq;
– Dünyanı “milyonlarla kameranın nəzarət etdiyi ferma”ya çevirmək, insanların əldə etdiyi azadlığı əllərindən almaq;
– Növbəti müharibə vasitəsilə ölkə iqtisadiyyatını geriləmədən xilas etmək: islamçılar Varşava müqaviləsi dağıldıqdan sonra NATO-nun mövcudluğuna bəraət qismində qırmızı təhlükəni əvəzləyiblər. Həmçinin ölkənin nəhəng HSK-i dəstəkləmək laızmdır. Hərbi sənaye tarixində 200 milyard dollarlıq (ABŞ-ın müdafiə büdcəsi 450 milyard dollar təşkil edir) ən böyük müqavilə bağlandıqdan sonra "Lockheed Martin" silah şirkətinin səhmləri birjada 15 dəfə bahalaşıb.
Əfqanıstanda 3 min əsgər itkisi və NATO-nun hər ayda 6 milyard dollarlıq xərcinə baxmayaraq, qeyd olunmuş hədəflərdən heç biri əldə olunmayıb – Çin və Rusiyanın “dal həyət”ində yerləşdirilmiş 11 hərbi bazanı saymasaq. Çin türkmən qazını 2009-cu ildə açılmış dünyada ən uzun qaz kəməri (7 min km) üzrə alır. Çin şirkətləri Amudərya hövzəsində neft hasil edir və Əfqanıstanda ilk neft emalı zavodu inşa edir.
Donald Tramp Əfqanıstandakı hərbi kontingentin 4 min nəfər artırıldığını elan edib. ABŞ Rusiyanın bölgədəki fəaliyyətinə nəzarəti gücləndirməyə səy edir və qoşunlarını İrana daha da yaxınlaşdırır. ABŞ və islam təməlçiləri 2015-ci ildən Mərkəzi Asiyanın keçmiş sovet respublikalarını sabitsizlik zonasına cəlb edirlər.
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 577
Analiz
Xəbərlər
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır
-
2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI
-
DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz
-
Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
-
Bakıda narkotik satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO/VİDEO
-
Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu - FOTOLAR
-
Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
-
“Azərterminalkompleks“ işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb
-
Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - REYTİNQ
-
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
-
Heydər Əliyevə Ağdam Cümə məscidinin daş parçasını hədiyyə edəndə gözləri yaşardı - VİDEO
-
271 saylı məktəbin müəllimi: “Uşaqlar məkəbə gəlmir, direktora pul verir“
-
Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO+FOTOLAR
-
Dollar neçəyə olacaq? – 2 günlük rəsmi məzənnəni açıqlandı
-
“Ukraynaya əsgər göndərməyə hazırıq“ - Baş nazir
-
“Bolt“ qiymətləri qaldırdı - RƏSMİ
-
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
-
Porno aktrisa Trampla görüşündən danışdı – “O, məni nahara dəvət etdi...”
-
Bölgələrdə mənzillər bahalaşdı - VİDEO
-
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər
-
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
-
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verildi - FOTO
-
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
-
Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer - VİDEO
-
Kütləvi imtahanlar elektron formada keçiriləcək - RƏSMİ
-
Həbsdə olan qohumunu azad edəcəyinə söz verib - 28 min manatını mənimsədi
-
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
-
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO
-
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTO
-
“COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq“ - Bolqarıstan Prezidenti
-
Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb - SİYAHI
-
Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT
-
Klublarda audit yoxlaması: Dövlət ayırdığının hesabını tələb edir
-
“Fransız hərbçiləri artıq Donbasdadır” – Fransadan olan hərbi müxbir
-
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - FOTO
-
“WhatsApp” daha bir yeniliklə gəlir - FOTO
-
Zaqataladakı dönərxananın sahibi: “Problem toyuqda olub“ (VİDEO)
-
Bayden gedir, yerini Mişel Obamaya verir - “Der Spigel“dən sensasion yazı
-
Qəbulda bu qrupda keçid balı artacaq - Səbəbi AÇIQLANDI
-
“Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər“ - Elçin Əmirbəyov
-
Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
-
Biləcəridə yağan yağış evləri su altında qoydu - VİDEO
-
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
-
Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTOLAR
-
Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
-
Avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO
-
Naxçıvanda məşhur məhəllə su içində batır - VİDEO
-
Çempionlar Liqası: İlk finalçı Dortmund “Borussiya”sı oldu
-
Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək - VİDEO
-
Çinarə türk futbolçu sevgilisindən ayrıldı - VİDEO
-
“Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz“ - Mats Hummels
-
“ABŞ, fikir ayrılıqlarına baxmayaraq, İsraili dəstəkləməyə hazırdır“ - Bayden
-
Zaqatalada dönərdən zəhərlənənlərin sayı kəskin artdı - 30-a çatıb
-
“My Music” hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
İcra başçısı yenidən deputat olacaq - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
-
Növbəti dalğa gəlir: İyul-avqust aylarında ətin qiyməti artacaq
-
Binəqədinin keçilməz yolları: “Gərək qayıq alaq” - VİDEO
-
“Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər” - Zaxarova
-
Zaqatalada kütləvi zəhərlənmə - Araşdırmalar başladı
-
Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı - AQTA
-
Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO
-
Vəzifəsindən azad edilən Novruz Məmmədov : “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
-
Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi
-
Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
-
Nərimanov rayonunda ağacları belə məhv edirlər – FOTOFAKT
-
Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT
-
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
-
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO
-
Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
-
Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
-
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTOLAR
-
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
-
“Rusiya NATO-ya qarşı əməliyyata hazırdır“ - Polşa əks-kəşfiyyatı
-
İşə qəbul zamanı yaş vacibdir, yoxsa təcrübə? - VİDEO
-
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTO/VİDEO
-
Sumqayıt məktəbində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib” - Deputat
-
Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubdan danışdı - “Off, dəhşət...“ + FOTO
-
Hoteldə ölən dostlarla bağlı yeni detallar - Hadisə bu hoteldə baş verib + FOTOLAR
-
“Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir” - Putin
-
Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları
-
“Bu gün gəlirlərimiz 35 milyard manat civarındadır” - Deputat
-
İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
-
Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular - FOTO
-
“Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir” - Robert Fitso
-
Bakıda oteldə vəzifəli şəxslər zəhərləndi, 2 nəfər vəfat etdi - AÇIQLAMA/FOTO
-
"Makronun demaqogiyası boş və ikiüzlüdür"- Rusiya rəsmisi
-
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
-
“Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir” - İlham Əliyev
-
Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol - VİDEO
-
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - FOTO
-
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
-
Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata
-
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
-
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb - FOTO
-
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - FOTO
-
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
-
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
-
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
-
Qızıla yatırım etmək riskli hesab edilir - VİDEO
-
Milli Məclisin iclası başladı: 18 məsələyə baxılacaq
-
İsrail tankları Rəfaha daxil olub – KİV
-
Tərtərdə məktəblilər arasında dava: Ölən var
-
“Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
-
Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO
-
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücüləri narazıdırlar + VİDEO
-
Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma
-
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO
-
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
-
Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
-
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA
TOP 10
ARXİV